www.sinerjipro.net

SinerjiProWide
Reklam

sened qebulu basa catdi 29Ali təhsil müəssisələrinə 2016/2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, ərizələrin qəbulu aprelin 1-dən 28-dək internet vasitəsilə aparılıb.

Azərbaycan bölməsində I qrup üzrə 30 351, II qrup üzrə 20 min 73, III qrup üzrə 19 min 180, IV qrup üzrə 5 min 273, rus bölməsində I qrup üzrə 2 min 871, II qrup üzrə 2 min 392, III qrup üzrə 1472, IV qrup üzrə 493, ümumilikdə isə 82 min 734 elektron ərizə təqdim olunub.

I-IV qruplar üzrə sənəd verən abituriyentlər növbəti mərhələdə qəbul imtahanlarında iştirak edəcəklər. Qəbul imtahanları cari ilin məzunları üçün I və IV qruplar üzrə 15 iyul, II və III qruplar üzrə 23 iyul, əvvəlki illərin məzunları üçün II və III qruplar üzrə 15 may, I və IV qruplar – üzrə 22 mayda keçiriləcək. Abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün imtahana 3 gün qalmış TQDK-nın rəsmi internet saytına daxil olaraq elektron ərizə verərkən istifadə etdikləri iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin imtahana buraxılış vərəqi”ni çap etməlidirlər. Buraxılış vərəqəsində abituriyentin imtahan verəcəyi ünvan, imtahanın tarixi, vaxtı və digər məlumatlar qeyd olunur.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 289
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."