yenicag.az

Alimlər gilasdan raket yanacağı hazırladılar

Alimlər gilasdan raket yanacağı hazırladılar

Müəllif: Redaktor

Editor

16
Bolqarıstanın gilas paytaxtı sayılan Küstendil şəhərində alimlər doluya qarşı raketlər üçün yeni yanacaq növü hazırlayıblar

Yenicag.az Trend-ə istinadən xəbər verir ki, hazırlanmış yanacağın əsasını gilasın emalı nəticəsində alınmış məhsul təşkil edir.

Aerokosmik texnologiyalar klubunun rəhbərlərindən biri Kristofor Skandalievin sözlərinə görə, doluya qarşı raketlərdə istifadə ediləcək ekoloji təmiz yanacağın əsas üstünlüyü onun ətraf mühiti zərərli xlor tullantıları ilə çirkləndirməməsidir.

Sözügedən ekoloji təmiz yanacağın alınmasında aşağı keyfiyyətli (çox yetişmiş, çürümüş, qurumuş) giləmeyvələr istifadə edilir. Gilasın ilkin emalından sonra tərkibində böyük miqdarda şəkər olan biokütlə alınır. Bu biokütlədən yanacaq materialı hazırlanır. Bu maddənin bir neçə qaşığı iki kiloqram çəkiyə malik raketi 600 metrdən çox hündürlüyə buraxmaq üçün kifayətdir.

Yenicag.az

Xəbərlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti