!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alimlər mükəmməl bir selfi çəkməyin sirrini açdılar

!Reklam – Yazi

Günümüzün trendi selfi çəkimləri zamanı ən diqqət edilən məqamlardan biri və birincisi şəkildə “yaxşı düşməkdir”.

Xüsusən, xanımların bir “selfie” əldə etmək üçün 12334234234 şəkil çəkdiyinin şahidi oluruq. Bu problemlərdən cana-boğaza yığılan alman alimlər qərara alırlar ki, sözügedən problemi aradan qaldırmaq üçün araşdırma aparsınlar. ( Bekarlıqda isveçrəli alimlərdən heri qalmırlar 😀 ) Bamberg Universitetin mütəxəssisləri bu problemi aradan qaldırmaq və ən yaxşı “selfie” pozasını tapmaq üçün sorğu keçirir. Sorğu əsnasında 300-dən çox iştirakçıya 7 fərqli rakusdan çəkilmiş “selfie” şəkilləri göstərilir. Və iştirakçılara bu şəkilləri, cazibədarlıq, zəka və bədən indeksi kimi kriteriyalara görə dəyərləndirmələri tələbi qoyulur.

Aparılan sorğu nəticələrinə əsasən “selfie” çəkən zaman üzünün sol nahiyəsini kameraya göstərən xanımların daha çəkici, üzünün digər hissəsini kameraya göstərən xanımların isə çəkicilikdən əlavə ağıllı və yardımsevər görsəndikləri iddia olunur. Üzünün sağ tərəfinin daha çox göründüyü şəkillərdə oğlanların isə daha çox cəlbedici və ağıllı olduqları məlum olub.

Bundan əlavə sorğu nəticələrinə əsasən kameranı yuxarıdan aşağı tutan zaman çəkilən “selfie”lərdə, şəkildə olan şəxsin (həm qadın həm kişi) olduğundan 10 kg daha az göründüyü ortaya çıxıb. Buna “yüksəklik-zəriflik” illuziyası deyilir.

Aşağıda olan bir neçə “selfie”də isə məşhur şəxslərin bu detallara necə diqqət etdiyini görə bilərik. (Technote)

Yenicag.az

www.yenicag.az

976
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv