!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alimlər Trampın kosmosdakı araşdırmalar haqqında qərarını gözləyir

!Reklam – Yazi

trumpHər zaman kainatla bağlı məsələlər insanları maraqlandırıb. Amma hal-hazırda elm adamları kosmosda araşdırmalar aparmaq üçün Donald Trampın qərarını gözləyir. Trampın verəcəyi qərar ABŞ-da kosmos çalışmalarında həlledici rol oynayacaq.

Amerikada prezident seçimlərindən sonra kosmosla bağlı məsələlər bir qədər gözləmə rejimindədir. Bu arada digər ölkələr də kosmosda yaşamın necə qurulması, təşkil olunması ilə bağlı araşdırmalar aparır.

Bu çalışmalarda hələ ki, bir axsama olmasa da Donald Trampın bu mövzuda verəcəyi qərarlar çox vacib xarakter daşıyacaq. ABŞ-ın eks prezidenti Obama bu mövzuda bütün səyləri dəstəkləsə də Donald Trampın kosmosdakı araşdırmalarla bağlı qərarı hələ ki, məlum deyil.

Əgər Donald Trampın mövzu ilə əlaqədar yanaşması müsbət olmazsa, NASA kimi böyük kosmos araşdırması aparan təşkilatlar bundan təsirlənəcək. Qısaca desək, hər kəsin Trampın kosmik araşdırmalara nə cür yanaşacağını maraqla gözlənilməkdədir.

1482127034_kosmos-3
Bildiyiniz kimi Trampın texnologiya ilə münasibətləri o qədər də ürək açan deyildi. Amma president bu mövzuda çox ciddi qərarlar qəbul etmədi. Donald Tramp kosmos və texnologiya kimi sahələrlə çox da yaxın bir şəxs olmasa da bu sahədə fəaliyyət göstərən insanlarla məsləhətləşir. Belə güman olunur ki, Trampın kosmosla bağlı fikirlərinə təsir edəcək şəxs isə SpaceX-ın CEO-su Elon Musk olacaq.(Technote.az)

Yenicag.az

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv