!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Allahşükür Paşazadəni Hacı Fuad əvəz edəcək

!Reklam – Yazi

Avropa İttifaqının Bakı Nümayəndəliyi gələn həftə Azərbaycandakı dini konfessiyaların lider və nümayəndələrinin Brüsselə səfərini təşkil edəcək.

Yenicag.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib. Aİ rəsmisi qeyd edib ki, səfərdə 7 dini konfessiya lideri iştirak edəcək. Səfər 25-28 sentyabrda baş tutacaq.

Səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə iştirak etməyəcək. Onun əvəzində Brüsselə müavini Hacı Fuad Nurullayev gedəcək.

Brüsselə gedəcək nümayəndə heyətinin tərkibi:

Hacı Fuad Nurullayev – Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin dekanı

Ceyhun Rüstəmov – İlahiyyat məscidinin imamı

Aleksandr Şarkovski – Yəhudi icmasının sədri

Elnur Əfəndiyev – Rus Provoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi

Rasim Xəlilov – “Həyat Sözü” protestant dini icmasının başçısı

Siyavuş Heydərov – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini

Nicat Məmmədli – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr şöbəsinin müdiri

www.yenicag.az

34166
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv