Allahşükür Paşazadəyə orden verildi – Foto

Müəllif: Redaktor

Editor

trend_allahshukur_pashazade_13100g40Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 22-də Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində keçirilən “XXI əsr təhsil müstəvisində İslamın idealları və dəyərləri” mövzusunda VIII Beynəlxalq elmi-praktik konfransın işində iştirak edib.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, konfransın gedişində A.Paşazadənin Rusiya Mərkəzi Ruhani İdarəsinin ali mükafatı – “Əl-İzzət – Şərəf, Şöhrət və Ləyaqət” ordeni ilə təltif olunduğu barədə fərman elan edilib.

Orden QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam A.Paşazadəyə “İslam dininə uzunmüddətli etibarlı xidmətinə, dünya miqyasında sülh və həmrəyliyin ardıcıl müdafiəsi işində uğurlarına, dünya xalqları, Rusiya və Azərbaycan arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə layiqli töhfəsinə, millətlərarası və dinlərarası dialoq işinə hərtərəfli dəstəyinə, insanların dünyanın taleyinə görə Yaradan, Vətən, gələcək nəsillər qarşısında məsuliyyət daşıdıqları hissini aşıladığına görə” təqdim edilib.

Ordeni və xüsusi hədiyyəni QMİ sədrinə Rusiya Mərkəzi Ruhani İdarəsinin sədri baş müfti Talqat Tacuddin təqdim edib.

Şeyxülislam tədbirdə məruzə ilə çıxış edib.

Qeyd edək ki, Ufa şəhərində beynəlxalq konfrans öz işini 23 oktyabr tarixində davam etdirəcək(Aznews).


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir