Alman markası dollara rəqib ola bilərmi? - Ekspert fikri

Alman markası dollara rəqib ola bilərmi? – Ekspert fikri

Müəllif: Redaktor

Baş Redaktor

Xəbər verildiyi kimi, ABŞ-ın Avropa İttifaqına (Aİ) təyin ediləcək yeni səfiri Ted Mallok son bəyanatında yaxın ilyarım ərzində avronun pul vahidi kimi yox ola biləcəyinə işarə vurub. Bu fikrini o, Aİ-nin mövcudluğunu davam etdirəcəyinə əmin olmaması ilə əsaslandırmağa çalışıb.

Görəsən, avronun pul vahidi kimi dövriyyədən çıxması nə dərəcədə realdır, yoxsa bu fikirlər sadəcə siyasi möhtəkirlikdir?

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev Yenicag.az-a açıqlamasında nəzəri cəhətdən avronun dövriyyədən çıxması ehtimalının gerçək ola biləcəyini istisna etmədi. Amma ekspertə görə bu addımın baş verməsi dünya maliyyə sisteminə mənfi təsir göstərəcək:

Samir Əliyev ile ilgili görsel sonucu“Ümumiyyətlə, dövrü olaraq ayrı-ayrı valyutalar barədə belə fikirlər səslənir. Bu da təbiidir. Hətta dollar barədə də söylənilirdi ki, dünya valyutası statusunu itirəcək. Avronun dəyərdən düşməsi bir qayda olaraq, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından qaynaqlanır. Hətta bəzi digər ölkələrin də anoloji addımları atacağı iddia edilir. Ona görə də belə bir fikir formalaşıb ki, avro yox ola bilər. Nəzəri cəhətdən bunun baş verməsi mümkündür. Amma onun dövriyyədən çıxarılması məsələsi daha çox siyasi məsələdir. Ona görə yəqin ki, məsələyə məsuliyyətli yanaşacaqlar. Nəzəri cəhətdən avro dövriyyədən çıxarsa, dünyanın maliyyə sisteminə ciddi şəkildə neqativ təsir göstərəcək. Ona görə də bu, arzuolunan deyil. Çünki nəticə dolların kəskin bahalaşmasına gətirib çıxaracaq. Dünyadakı valyuta ehtiyatlarının ortalama 20-25 faizi avronun payına düşür. Azərbaycanda bu pay 30-35 % həddindədir. Avro ləğv olunarsa, onun yerində ölkələrin ayrı-ayrı valyutası yaranacaq. Bu gün avronun güclü olmasının əsas lokomotivi Almaniya iqtisadiyyatıdır. Deməli, sabah avro ödəniş vasitəsi kimi sıradan çıxarılarsa, dünyada dollardan sonra ikinci güclü valyuta alman markası olacaq. Azərbaycana gəldikdə dolların kəskin bahalaşması fonunda avronun da sıradan çıxması neftin qiymətlərinə də mənfi təsir göstərə bilər. O baxımdan avronun sıradan çıxması Azərbaycan iqtisadiyyatı üçün də arzuolunan deyil”.

ELÇİN

Yenicag.az

Xəbərlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti