!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniya hökuməti Ərdoğanın türklər qarşısında çıxış etməyi qadağan edib

!Reklam – Yazi

Almaniya hökuməti Ərdoğanın G-20 sammiti çərçivəsində bu ölkədə yaşayan türklər qarşısında çıxış etməyi qadağan edib.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər naziri Ziqmar Qabriel deyib.

Qabrielin sözlərinə görə, “Yaranan şəraiti nəzərə alaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu iclasın proqramından kənar ictimaiyyət arasında olması münasib deyil”.

O bildirib ki, “Ərdoğanın Almaniyadakı türk vətəndaşlarına müraciət etməsi üçün Ankara rəsmi olaraq icazə tələb edib”.

Nazir Almaniyada keçiriləcək seçkiqabağı dövrdə əcnəbi siyasi xadimlərin ölkədə təbliğat aparmasına qarşı olduqlarını bildirib: “Almaniya hökuməti burada yaşayan türklər və ya Türkiyədən gələnlərin təhrik olunmasını istəmir. Biz xaricdəki münaqişələrin Almaniayaya gətirilməsini istəmirik”.

Almaniya hökumətinin nümayəndəsi Şteffan Zaybert də məlumatı təsdiqləyərək qeyd edib ki, qərar kansler Angella Merkellə razılaşdırılıb: “Qabrielin bəyanatı kanslerlə razılaşdırılıb və bu hökumətin mövqeyidir”.

Bundan əvvəl, Almaniya Demokrat partiyasının rəhbəri Martin Şultz da hökumət müxalifəti qarşısında Rəcəb Tayyib Ərdoğanın strategiyasını tənqid edib və bildirib ki, Türkiyə prezidentinin Almaniyada nitq söyləmək proqramı təşkil etmək haqqı yoxdur.

Bu səbəbdən Türkiyə Xarici İşlər Nazirliyi Almaniyaya kəskin reaksiya verib.

“Prezidentimizin “G-20” toplantısına qatılmaq üçün Hamburqa edəcəyi ziyarət çərçivəsində, Türkiyə vətəndaşları ilə bir araya gələcək məkan təmin edilməsi üçün rəsmi müraciət tələb edilməsi qəbul edilməzdir. Xüsusilə Avropa Parlamentinə rəhbərlik etmiş Martin Şultz, toplanma və ifadə azadlığını məhdudlaşdırmağa çalışması, başqalarına dərs verməyə çalışanların iki üzlülüyünün göstəricisidir. Bu şəxsin prezidentimiz ilə əlaqəli sözlərini qınayır və rədd edirik”, – nazirliyin bəyanatında bildirilir.

Xatırladaq ki, G-20 sammitində iştirak etmək üçün Almaniyaya səfəri gözlənilən Ərdoğanın bu ölkədəki türklərə xitab olaraq çıxış etməsi planlaşdırılır.

Qeyd edək ki, son dövrlərdə Almaniya ilə Türkiyə arasında Almaniyanın FETÖ terror qrupunun üzvlərinə sığınacaq verməsi və İncirlik hərbi bazası ilə bağlı məsələyə görə gərginlik yaşanır.

Yenicag.az

www.yenicag.az

917
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv