!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniyada partlayış: Ölənlər var – VİDEO

!Reklam – Yazi

Almaniyanın Ansbax şəhərindəki restoranlardan birində partlayış olub.

Partlayışı törətməkdə şübhəli bilinən şəxs hadisə baş verən zaman ölüb. “Report”un məlumatına görə, bu barədə “TASS” agentliyinə şəhər polisi məlumat verib.

Agentliyin məlumatına görə, buna baxmayaraq, hələlik ortada hadisə zamanı ölmüş şəxsin partlayışı törətmiş cinayətkar olduğunu sübut edən əsas yoxdur.

8d33628b3fea7c006f17d0cc99cf8b40-300x178“Hadisə zamanı 1 nəfər ölüb. Həmin şəxs partlayışı törətməkdə şübhəli bilinir” – deyə hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, partlayışın baş verdiyi restoranın yaxınlığında “Ansbach Open” musiqi festivalı keçirilib. Üç gün davam edən və 2500-dən çox adamın iştirak etdiyi tədbir bazar günü axşam başa çatıb.
Hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb və ora xüsusi təyinatlı polis dəstəsi gətirilib. Bavariyanın daxili işlər naziri İoahim Herman da Ansbax şəhərinə gəlib.

Hüquq-mühafizə orqanları partlayışın qaz sızmasından baş verməsi versiyasının doğru olmadığını bildiriblər.
Bu arada partlayış zamanı xəsarət alanların sayı 14-ə çatıb, onlardan 3-nün vəziyyəti ağırdır.

 

www.yenicag.az

614
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv