Yazı İçi 468×60

6283c5c157096cddaf0d91ff5bc616cdAlmaniya Bundestaqının aşağı palatası yeni yol vergisinin (federal yollar və avtobanlara görə gediş haqları) tətbiqi planını təsdiq edib. Həmin sənəd xarici avtomobil sürücülərinə diskriminasiya xarakteri daşıdığına görə dəfələrlə sərt tənqidə məruz qalıb.

Yenicag.az AzərTAc-a istindən xəbər verir ki, plana əsasən, yeni vergi sistemi 2016-cı ildən tətbiq olunmağa başlayacaq. Sürücülər vergini 10 günlük, 2 aylıq və ya 1 illik ödəyə bilərlər və bunun üçün ödənişi təsdiq edən qəbz almalıdırlar. Belə ki, 10 günlük və 2 aylıq gediş haqqı müvafiq olaraq 10 və 20 avroya başa gələcək. Bir illik vergi isə avtomobilin mühərrikinin həcmindən və karbon tullantılarından asılı olaraq maksimum 130 avro təşkil edəcək.
Vergi bütün avtomobillərə tətbiq olunacaq. Lakin mövcud qanunvericiliyə görə, yerli sürücülər üçün müəyyən güzəştlər nəzərdə tutulduğundan onlar nisbətən az vergi ödəyəcəklər.
Almaniya hökuməti yeni vergidən il ərzində təxminən 500 milyon avro gəlir gözləyir və bu vəsaitlərin avtomobil yollarının saxlanılmasına yönəldiləcəyini bəyan edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 13
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."