!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniyadan paylarını alanlar

!Reklam – Yazi

10947663_10204863516060442_153875534_nSeymur Süleymanov
Hər bir ölkədə xainlər olur. Azərbaycan da istisna deyil. İlham Əliyevin Almanya səfəri çərçivəsində, Angela Merkellə görüşü zamanı zalda “azərbaycanlı” blogger Həbib Abdullayev “Siyasi məhbuslara azadlıq” şüarı səsləndirib. Sonra isə öz facebook səhifəsində bunun videosunu paylaşıb.
Həbib öz aləmində guya Azərbaycanda söz azadlığının olmadığını, müxalif fikirli şəxslərə təzyiq edildiyini duyurmaq istəyib. O, bu şüarına Qərbdən dəstək alacağını düşünürdü. Amma əslində nə oldu?
Əslində bu oldu. Merkelin dediklərindən açıq şəkildə məlum oldu ki, Qərbdəki bəzi dairələrinin – söhbəti Həbibi işlədən dairələrdən gedir,- Azərbaycana təzyiq üçün ortaya atdıqları insan hüquqları məsələsi və mediada başlatdıqları kampaniya dövlətlərarası münasibətlərdə heç bir əhəmiyyət daşımır. Kanslerin sözlərinə görə, ölkədə o cür problemlərin olması normaldır.
– Azərbaycanla və digər ölkələrlə ikitərəfli münasibətləri, siyasi, iqtisadi əlaqələri inkişaf etdirmək bizim üçün böyük əhəmiyyətə malikdir və təbii ki, bu, sivil cəmiyyətin dəyərlərinin qorunmasının əsasını təşkil edir. Demokratiya, hüquqi dövlətçilik vacib amillərdən biridir. Biz bu haqda da fikir mübadiləsi apardıq. İnsan hüquqlarının həyata keçirilməsi ilə əlaqədar müəyyən tənqidi məqamlar da təbii ki, qeyd olunur və düşünürəm, biz Azərbaycan Prezidenti ilə eyni fikirdəyik ki, əməkdaşlığımızı intensivləşdirək.- deyib Xanım Merkel.
“Biz Azərbaycan Prezidenti ilə eyni fikirdəyik” – bu cümlədən sonra daha nəsə deməyə ehtiyac qalmırdı…
* * *
İlham Əliyevin Almaniyaya səfərinə əvvəlcədən çox böyük diqqət var idi. Qərb mediasında Azərbaycana qarşı sifarişli kampaniyanın davam etdiyi indiki şəraitdə Prezidentin Avropa Birliyinin lideri olan ölkəyə səfərinin necə keçəcəyi hər kəsdə maraq doğururdu.
Amma səfərin gedişatı və nəticələri göstərdi ki, bütün suallar Azərbaycanın xeyrinə həll olundu. Özü də o dərəcədə ki, hətta ölkənin əsas müxalifət qəzeti olan və daim hökuməti tənqid edən “Yeni Müsavat” belə, səfəri “sensasion” adlandırdı. Qəzetdə dərc olunmuş “Qərb Azərbaycanla yandırılmış körpüləri bərpa edir” adlı təhlildə deyilir ki, Prezident İlham Əliyevin Almaniya səfəri Qərblə münasibətlərdə dönüş nöqtəsidir. Sitat: “Prezidentin aeroportda qarşılanma mərasimindən tutmuş, keçirilən görüşlərdə verilən mesajlara qədər bir çox məqamlar səfərin Bakının istəyinə uyğun şəkildə baş tutduğunu söyləməyə əsas verir”.
* * *
İlham Əliyev də suallara cavab verərkən Azərbaycanda fikir, media, internet və sərbəst toplaşmaq azadlıqlarının olduğunu vurğuladı. Doğrudan da, səhərdən axşama qədər hakimiyyəti təhqir edən, əsassız xəbərlər yazan `Azadıq` kimi qəzeti olan bir ölkədə “söz azadlığı yoxdur” demək nə qədər doğrudur?
* * *
Elələri bilməlidir ki, Azərbycan daxildə və xaricdə müstəqil siyasət yürüdür. Və heç bir ölkə Azərbaycanın müstəqil siyasətinə qarışa bilməz. Öz iradəsini də qəbul etdirə bilməz. Kim cəhd eləmək istəsə, uyğun cavab alacaq və alır da.
Belə bir sual.
Niyə o zalda, Ermənistanda olan iki əsirimizin azad edilməsi məsələsini heç kim sual şəklində səsləndirmədi?
Bilirsiz niyə?!Axı bunları deməyə nə hədləri çatır, nə də hünərləri… Onların işverənlərinin acığına gələr.
Belələrinin pulunu verir və əmr edirlər: “Çıx, bunu de!” Bitti. Bunu da deməlidirlər.
Hamısı əmr, tələb üzərinə hərəkət edirlər.
* * *
Azərbaycandada satılmışlar çoxdur təəssüf ki…
Leyla Yunus kimilər…
Xədicə İsmayıl kimilər…
Həbib Abdullayev kimilər…
Və daha nə qədəri…
Çünki biz dözümlü xalqıq, xainliklərə dözürük.

www.yenicag.az

527
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv