!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Alonsonun kartodromunda 11 yaşlı sürücü həlak olub…

!Reklam – Yazi

Dünən kartinq üzrə Asturiya çempionatının şənbə yarışında qəza zamanı aldığı zədələrdən sonra Qonzalo Basurto dünyasını dəyişib…

Yeniçağ.Az xəbər verir ki, Fernando Alonsoya məxsus olan trasda baş tutan həftəsonu zamanı 11 yaşlı Basurtonun kartı qəza zamanı aşıb. Gənc sürücü ağır vəziyyətdə Asturiyanın paytaxtı Ovyedonun mərkəzi hospitalına çatdırılıb.

Amma bu gün səhər İspaniya Avtomobil Federasiyası Basurtonun özünə gəlmədən dünyasını dəyişdiyini təsdiq edib:

“Qonzalo Basurtonun vəfatı barədə xəbəri təsdiq edirik. İspaniya avtoidmanı onu itirdiyinə görə kədərlidir. Torpağın yüngül olsun, Qonzalo…”

F-1.az bildirir ki, Fernando Alonso hazırda İndy500 yarışına hazırlıq çərçivəsində Amerikadadır və bu xəbəri orada alıb, ikiqat dünya çempionu xəbərdən üzüldüyünü sosial şəbəkədə paylaşıb:

“Bu gün səhər yuxudan duranda ən kədərli günümü yaşadım. Üzgünəm. Qonzalonun ailəsinə və bütün kartinq aləminə başsağlığı verirəm…”

Karlos Sayns da hadisədən kədərləndiyini dilə gətirib:

“Torpağın yüngül olsun, Qonzalo Barusto. Təəssüf ki, avtoidman daim bizə risklə bağlı olduğunu xatırladır. Ailəsinə başsağlığı bildirirəm…”  (F-1.az)

Yeniçağ.Az

www.yenicag.az

746
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv