Alpinistlərin cəsədi 16 il sonra tapıldı – Fotolar

Müəllif: Redaktor

Editor

unlu-dagcinin-cesedi-16-yil-sonra-bulundu-925711 (1)Yenicag.az xəbər verir ki, 1999-cu ildə nəhəng qar uçqunu zamanı həyatını itirən iki alpinistin cəsədi Himalay dağında buzluqların arasında tapılıb. Dünyaca məşhur alpinist Alex Lowe və onun dostu David Bridges 1999-cu ilin oktyabr ayında, 8013 metr yüksəkliyindəki Shishapangma zirvəsinə qalxmağa çalışarkən qar uçqununda dünyalarını dəyişiblər.

16 il sonra aşkar edilən cəsədlər buzluqların altında qalıb.

Alex Lowe-un həyat yoldaşı, Jennifer Lowe-Anker bildirib ki, onlar “zamanda donub qalıblar”.

Alex Lowe, dövrünün ən yaxşı alpinistlərindən imiş və baş verən bir çox qəzada xeyli alpinistin həyatını da xilas edib.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır