www.sinerjipro.net

SinerjiProWide
Reklam

5b3633bd39aeff99e7a88c509ae3bb47Saxlanılan zaman Oleq Belov sərt müqavimət göstərib və bıçaqla əməliyyatçılara hücum edib

Rusiyanın Nijni Novqorod şəhərində altı uşağını, həyat yoldaşını və anasını qətlə yetirməkdə şübhəli bilinən Oleq Belov Vladimir vilayətinin Kovrov şəhərində qayınanasının evində saxlanılıb.

“Saxlanılan an Belov evdə olub. Onun orada pusqu qurduğu, yaxud da, sadəcə, gizləndiyi ehtimal olunur”, deyə mənbə bildirib.

Məlumata görə, şübhəli şəxs Kovrovda xüsusi əməliyyat zamanı saxlanılıb. Saxlanılma yerli sakinlər üçün təhlükəsiz yerdə həyata keçirilib. Saxlanılan zaman Oleq Belov sərt müqavimət göstərib və bıçaqla əməliyyatçılara hücum edib. Cinayətkarı zərərsizləşdirmək məqsədilə polis əməkdaşları xidməti silahdan istifadə etməli olublar.

Məlumata görə, saxlanılan şəxs hazırda qarın nahiyəsindən aldığı güllə yarası ilə tibbi müəssisələrin birinə yerləşdirilib.

Oleq Belovun qayınanasının bildirdiyinə görə, kürəkəni ikinci qrup əlil olub və şizofreniya xəstəliyinə görə ruhi-əsəb dispanserində qeydiyyatda olub(APA).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 35
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."