!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Amerikada “xristianlaşan” FETÖ-çular: Kemal necə "Kevin" oldu?

!Reklam – Yazi

Türkiyədə bütün mühüm dövlət strukturlarında yerləşdirilən FETÖ terror şəbəkəsi üzvlərinin ifşa olunmamaq üçün istifadə etdikləri üsullar aşkar edilib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, özlərini gizlətmək üçün namaz qılmayan, oruc tutmayan, hətta spirtli içki içən FETÖ-çuların ifşa olunmamaq məqsədi ilə özlərinin və ya valideynlərinin adlarını xristianlaşdırdıqları müəyyənləşib. Məlumata görə, şəbəkə daxilində bu “ənənə”nin əsası terrorçubaşı Fətullah Gülən tərəfindən qoyulub. Bildirilir ki, Gülən 1986-cı il martın 24-də Almaniyaya gedərkən doldurduğu anketdə əsl adı Refia olan anasını “Rabin” olaraq göstərib. FETÖ lideri ABŞ-a mühacirət etdikdən sonra şəbəkə üzvlərinə daşıdıqları müsəlman adlarının xristianlaşdırmağı tapşırıb.

Qeyd olunur ki, 15 iyul uğursuz çevriliş cəhdində əsas fiqur kimi tanınan Adil Öksüzün qohumu olduğu bildirilən və FETÖ-nun ABŞ-dakı fəaliyyətini əlaqələndirən Kemal Öksüz adını dəyişərək “Kevin” edib. Onun qardaşı, Pensilvaniya ştatındakı kollec və məktəblərin fəaliyyətinə nəzarət edən Adem Öksüz isə özünə “Adam” adını seçib. O cümlədən, Gülənin fəxri sədri olduğu, fövqəladə vəziyyət haqqında qərarla bağlanan Qəzetçilər və Yazarlar Vəqfinin (GYV) rəhbəri, Manolya Elmlər Akademiyasının prezidenti Hüseyin Hurmalı da dəstədən geri qalmayaraq, özünə “Cozef” adını götürüb.

Kamal Öksüzlə bağlı onu da qeyd edək ki, bu şəxs Azərbaycanın ABŞ-da lobbi üçün ayrılan pullarını mənimsəmək məsələsində də ön plandadır. Belə ki, onun rəhbərliyində təmsil olunduğu Türk Amerikan Alyansı əsasən Gülənin təbliğatı ilə məşğuldur. Bundan başqa qurum özünə bağlı dərnəklər vasitəsi ilə Azərbaycan kimi ABŞ-da lobbi fəaliyyəti qurmaq istəyən ölkələrin pullarını yeməklə də məşhurdur. Belə ki, bir sıra varlı azərbaycanlının ABŞ-da keçirdiyi təntənəli mərasimlərin bəzəyi olan senator və millət vəkilləri Türk Amerikan Alyansı və ona bağlı “Turquoise Council for Americans and Eurasians” adlı təşkilat tərəfindən pul ilə gətiriliblər. Fətullahçı Kamal Öksüz bu təşkilatla yanaşı Hyustonda mənzillənmiş Azərbaycanın Dostları Assambleyasının (Assembly for the Friends of Azerbaijan) başçısıdır. Assambleyanın vise-prezidenti Texas qubernatoru Rick Perry-nin bacısı Milla Perry Jones-dur. Təşkilatın xəzinədarı Rauf Məmmədovdur(Qaynaq: http://www.azadliq.org/content/article/25408935.html). O da qeyd olunur ki, Türkiyə əleyhinə bəyanatı konqresmenlərə imzaladan Turkish American Alliance-nin üzvü olan Öksüz Texasda yerləşən TDM Contracting şirkətinin sahibidir. Bu şirkət ABŞ-dakı Gülən məktəblərinin tikintisini maliyyələşdirib.

FETÖ-yə bağlı iş adamlarını birləşdirən TUSKON-un ABŞ təmsilçisi, prezident seçkilərində Hillari Klintonun seçki kampaniyasına 100 min dollar xərcləyən Remzi Öten isə artıq “Remsi” kimi tanınır.

ABŞ-da yaşayaraq, özlərinə xristian adları götürən FETÖ-çuların bəzilərinin yeni adlarını təqdim edirik:

  • • Təhsil Araşdırmaları İnstitutunun (Accord Institute of Education Research) rəhbəri Ahmet Avşaroğlu: Matt
    • Elm və Texnologiya Akademiyasının (Beehive Science Technology Academy) Azərbaycan əsilli rəhbəri Muhammet Erdoğan: Frank
    • “Frontier School of Innovation” məktəblərinin müdiri Şükrü Işık: Sean
    • Horizon Elmlər Akademiyasının /Columbus (Horizon Science Academy/Columbus) rəhbəri Gültekin Aytekin: Con
    • Horizon Elmlər Akademiyasının /Deyton (Horizon Science Academy/Dayton) rəhbəri Murat Sağnak: Matt
    • Manolya Elmlər Akademiyası 3/Los-Angeles (Magnolia Science Academy 3) rəhbəri Selçuk Keskintürk: Stiven
    • Manolya Elmlər Akademiyası 6/Los-Angeles (Magnolia Science Academy 6) rəhbəri Gürcan Terzi: Con
    • Manolya Elmlər Akademiyası /Santa Clara (Magnolia Science Academy/Santa Clara) rəhbəri Timur Saka: Tim
    • Asil Akademiyasının /Columbus (Noble Academy/Columbus) rəhbəri Muhammet Yıldız: Matt
    • Dove Elmlər Akademiyasının (Dove Science Academy) rəhbəri Can Topuz: Con
    • “Brighten Technology Solutions” texnologiya şirkətinin rəhbəri Yusuf Düzgün: Cozef
    • Texas ştatının inzibati mərkəzi Austində əmlak biznesi ilə məşğul olan Fatih Zırıh: Con
    •“Houston International Hospitality” klinikasında rəhbər vəzifə tutan Ümit Peçen: Kennet
    • Türk Dili İnstitutunda (Turkish Language Institute) işləyən Murat Akbaş: Bred
    • Multikultural Mozaika Vəqfinin (Multicultural Mosaic Foundation) direktoru Ümit Yapanel: Mattoklar.

 

Yeniçağ.Az

www.yenicag.az

898
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv