!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Amerikadan fəlakət ssenarisi: dünyada 10 yeni müharibə başlaya bilər

!Reklam – Yazi

26
“Washington Post” qəzetinin son sayında Suriya və İraqda daha 10 müharibə ocağının yarana biləcəyi ilə bağlı məqalə dərc edilib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda bölgədə söz sahibi olan və xeyli ərazini zəbt etmiş İŞİD-ə qarşı mübarizənin təsiri nəticəsində toqquşan maraqlar yeni müharibələrə rəvac verə bilər. Qəzetin iddia etdiyi 10 potensial müharibə ocağının üçündə Türkiyə tərəf kimi göstərilib.

Qəzetin analizi nəticəsində ortaya çıxmış potensial müharibə ocaqları və tərəfləri təqdim edirik:

1. ABŞ-dan dəstək alan kürd qüvvələri (YPG) və Türkiyədən dəstək alan ərəblər (Azad Suriya Ordusu) arasında
2. Türkiyə və suriyalı kürdlər arasında
3. Türkiyə və Suriya hökumət qüvvələri arasında
4. ABŞ və Suriya hökumət qüvvələri arasında
5. Suriyalı kürdlər və Suriya hökuməti arasında
6. İraq kürdləri və İraq hökuməti arasında
7. İraq kürdləri və şiə təhlükəsizlik və ordu qüvvələri arasında
8. Kürdlərin öz aralarında
9. Sünni ərəblərə qarşı şiə və kürd qüvvələri
10. İŞİD-ə bağlı qüvvələrə qarşı bütün dövlət və digər birləşmələr

Yenicag.az

www.yenicag.az

620
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv