!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Amerikalı general Azərbaycan xalqına başsağlığı verib

!Reklam – Yazi

makdyuABŞ-ın nəqliyyat komandanı Xəzərdə estakadanın uçması nəticəsində baş verən faciə ilə bağlı başsağlığı verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, general Darren MakDyu (Darren McDew) Bakıda keçirdiyi brifinqdə qəza ilə bağlı Azərbaycan xalqına başsağlığını çatdırıb.

“Bu bədbəxt hadisə nəticəsində ölən və itkin düşən neftçilərin ailələrinə də başsağlığı verirəm. Bu xəbəri çox böyük kədərlə qarşıladım”, – deyə general qeyd edib.

Dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

Qəza nəticəsində 1 nəfər ölüb, 9 nəfər itkin düşüb.
Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.
Faktla bağlı cinayət işi başlanıb.

Yenicag.az

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv