www.sinerjipro.net

SinerjiProWide
Reklam

seddamABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) xəfiyyəsi Con Nikson İraqın edam edilmiş sabiq prezidenti Səddam Hüseyn haqqında kitab yazıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Con Niksonun “Prezidenti dindirmək: Səddam Hüseynin istintaqı” adlı kitabında İraqın keçmiş lideri haqqında maraqlı detallara toxunub. C.Niksonun yazdığına görə, Səddamla ilk söhbətində onun təsvir edildiyindən fərqli bir fiqur olduğunu görüb:
“Onunla söhbətdə bu fərqliliyə çox təəccübləndim. Mənə dedi ki, İraqın dilini, adamlarını, tarixini və mədəniyyətini bilmirsiniz. Çox yaxında bu ölkəni idarə etməyin nə qədər çətin olacağını başa düşəcəksiniz”.

C.Nikson qeyd olunan kitabında S.Hüseynin İraq hökumətinin “Əl-Qaidə” ilə bağlı olduğuna dair iddiaları rədd etdiyini yazıb. Müəllif qeyd edib ki, S.Hüseyn İraqın sahib olduğu iqlim şəraiti ilə əhalinin davranışları arasındakı əlaqədən, 2004-cü ilin yayında isə ölkədə toqquşmaların olacağını danışıbmış:
“Tarix daha sonra Səddamı haqlı çıxartdı. 2004-cü ilin aprelində ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri ilə “Əl-Qaidə”, Mehdi ordusu və BAAS ordusu arasında gedən toqquşmalarda 1342 sünni-şiə döyüşçü, o cümlədən, koalisiyaya mənsub 383 əsgər həlak oldu”.

Müəllif onu da qeyd edib ki, S.Hüseyn ölkəsinin kimyəvi silaha malik olmadığını deyərək, amerikalıların cahil olduğunu bildirib:

“Sizdən də, prezidentinizdən də qorxmuram. Ölkəmi qorumaq üçün nə lazımdırsa, edərəm”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 41
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."