yenicag.az
yenicag.az

Amerikanın ordumuzla bağlı araşdırması nə qədər obyektivdir?

Amerikanın ordumuzla bağlı araşdırması nə qədər obyektivdir?

Müəllif: Redaktor

Editor

o-BAGHDAD-AMERICAN-SOLDIERS-facebook-945x460Üzeyir Cəfərov: “Ordumuzla bağlı sözügedən reytinq tam həqiqəti əks etdirməsə də, müqayisə üçün informatik məlumatdır və hansısa bir ciddi rolu yoxdur”

Amerikanın “Global Fire Power” araşdırma mərkəzi dünya ölkələri ordularının yeni reytinq siyahısını açıqlayıb. Siyahıda Azərbaycan ordusu öz gücünə görə 60-cı sırada yer alıb.

Ölkəmizlə bağlı sözügedən reytinq siyahısının nə dərəcədə doğru olub-olmadığını aydınlaşdırmaq üçün Yenicag.az saytı olaraq hərbçi ekspert Üzeyir Cəfərova müraciət etdik.

Həmsöhbətimiz sözügedən təşkilatın açıqladığı reytinqə ciddi əhəmiyyət verməməyi lazım bildi: “Global Fire Power” araşdırma mərkəzi birinci dəfə deyil ki, dünya ordularının reytinq siyahısını dərc edir. Həmin mərkəzin bundan əvvəlki il açıqladığı siyahıda Azərbaycan 62-ci yerdə qərarlaşmışdı. Ermənistan ordusu isə siyahıda Azərbaycandan bir qədər geridə idi. Bütün hallarda MDB ölkələri arasında Azərbaycan kifayət qədər yuxarı yerə layiq görülmüşdü. Bütün hallarda bu cədvəllər nisbidir. Ona birbaşa baxmağın da tərəfdarı deyiləm. Orada bir neçə kateqoriyalar üzrə qiymətləndirmə aparılır. Bura orduya ayrılan vəsait, silah-sursatın alınması və digər parametrlər daxildir. Belə götürəndə Azərbaycan ordusu ilə bağlı sözügedən reytinq tam həqiqəti əks etdirməsə də, müqayisə üçün sadəcə informatik məlumatdır. Yəni onun hansısa bir ciddi rolu yoxdur. Ona yalnız informasiya xarakterli məlumat kimi yanaşmaq lazımdır. Ötən illərin reytinqində də Azərbaycan ordusu Ermənistan ordusundan irəlidə olub, indi də həmçinin”.

ELÇİN

Dünya, Özəl, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti