yenicag.az
yenicag.az

AMİP seçkiləri boykot edir?

AMİP seçkiləri boykot edir?

Müəllif: Redaktor

Editor

sElşən Mustafayev: “Situasiyadan asılı olaraq istisna deyil ki, AMİP də boykot qərarı versin, amma…”

Seçkilər yaxınlaşdıqca, prosesə qoşulan bəzi partiyalar onu sonradan boykot yolunu tutmağa başlayıb. Əvvəlcə ADP bu addımı atdı. İndi isə Müsavat deyəsın seçki marafonundan geri çəkilməyi düşünür. Ən azından Müsavat Partiyası başqanı Arif Hacılının facebook səhifəsindəki açıqlaması belə bir qənaətə gəlməyə əsas verib. Belə ki, o açıqlamasında Müsavatın əksər namizədlərinin qeydə alınmamasını əsas gətirməklə partiyanın seçkiləri boykot edə biləcəyi fikrini gündəmə gətirib. Bu məsələyə partiya Divanının 10 oktyabr tarixli iclasında baxılacaq. Hadisələrin gedişi Müsavatın da son olaraq boykot qərarı verəcəyini deməyə əsas verir.

Yenicag.az-a açıqlamasında AMİP sədrinin müavini Elşən Mustafayev bildirdi ki, təmsil olunduğu siyasi təşkilatın da boykota getməsi ehtimalı istisna deyil: “AMİP əvvəldən də elan edib ki, partiya olaraq seçkilərdə iştirakı prioritet hesab edir. Seçkilərdə iştirak etmək partiyanın birbaşa işidir. Eyni zamanda onu da deyim ki, seçki prosesində bizim də narazı olduğumuz çoxlu məqamlar var. Amma situasiyadan asılı olaraq istisna deyil ki, AMİP də boykot qərarı versin. Bizim də namizədlərə çoxsaylı basqılar var. İqtidarın inzibati resurslardan istifadə etməsilə bağlı məlumatlar da ortalıqdadır. Ona görə də boykot variantı istisna deyil. Lakin bu da bütün hallarda partiyanın müvafiq strukturunun verəcəyi qərardan asılıdır. Hələlik isə bu barədə qərar müzakirəyə çıxarılmayıb”.

 

ELÇİN

Siyasət, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti