www.sinerjipro.net

SinerjiProWide
Reklam

83712Belçikada dəhşətli qətil hadisəsi baş verib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, 35 yaşındakı qadın 3 uşağını diri-diri yandırıb. Hadisə Belçikanın Lennik şəhərində baş verib.

Qadın 3 qız uşağını bir otağa kilitləyib və evi yandırıb. Daha sonra ərinə zəng edən qadın uşaqlarının fəryadını atalarına dinlətdirib. Evdən bir xeyli uzaqda olan Hellmut Ulin adlı 38 yaşlı ata telefondakı qışqırıq səslərini eşidikdən sonra dəliyə dönüb.

Qatil ana ərinə artıq gec olduğunu və uşaqları xilas edə bilməyəcəyini bildirib. Telefon zəngindən sonra dərhal evə qaçan ata gördükləri qarşısında şok olub. Ata evə çatdığında 2 yaşındakı Omi, 4 yaşındakı Abbiqayl və 6 yaşındakı Madisonun yanmış meyitləri ilə qarşılaşıb.

Ata hadisə yerinə çatanda analarının baxçada sakitcə siqaret çəkdiyini görüb. Qadın “On dəqiqə qışqırıqdan sonra səsləri kəsildi” deyə həyat yoldaşına söyləyib.

Qan donduran bu vəziyyət qarşısında çarəsiz qalan kişi polisə ifadəsində hadisənin səbəbini açıqlayıb: “Ona boşanma ilə bağlı bir məktub göndərmişdim. Amma, bunua yalnız onu qorxutmaq üçün etmişdim”, – deyə Hellmut Ulin söyləyib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 22
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."