Ana ölümləri ən çox bu rayonlarda olur

Ana ölümləri ən çox bu rayonlarda olur

Müəllif: Redaktor

Baş Redaktor

hekiAzərbaycanda bu günə kimi ana ölümü qeydə alınmayan rayonların adları açıqlanıb.

Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova APA-ya deyib ki, 2009-cu ildən bu günə kimi Azərbaycanın 2 rayonunda heç bir ana ölümü baş verməyib.

Onun sözlərinə görə, bunlar Oğuz və Şabran rayonlarıdır. S.Məmmədova qeyd edib ki, Naxçıvanda isə 2009-cu ildən indiyə kimi yalnız 1 ana ölümü qeydə alınıb.

Komissiya sədri əlavə edib ki, bu gün ana ölümünün sayına görə lider Bakı şəhəridir:

“Bütün regionlardan, bölgələrdən ağır xəstələr Bakıya təxliyə olunur, onların həyatda qalmasına çalışılsa da, bəzən nəticələr ağır olur. Bölgələr üzrə ana ölümləri ən çox Mərkəzi Aran, Gəncə-Qazax və Lənkəran iqtisadi rayonlarında qeydə alınır. Bundan sonra ana ölümləri Quba-Xaçmaz, Şəki-Zaqatala, Abşeron, Dağlıq Şirvan iqtisadi rayonlarında baş verir. Hər il ana ölümlərinin mütəmadi qeydə alındığı ərazilər isə Bakının Sabunçu rayonu, Gəncə, Şirvan şəhərləri, Goranboy, Bərdə,Neftçala rayonlarıdır”.

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti