Ana və 5 uşağı yanaraq öldü

Müəllif: Redaktor

Editor

22d18d33cc8959c97cc6841a6ecc6579Rusiyanın Tver vilayətinin Penkovo kəndində güclü yanğın olub. Hadisə nəticəsində altı nəfər yanaraq ölüb.

Noyabrın 15-də gecə saatlarında baş verən yanğın zamanı ana və 5 uşağının öldüyü məlum olub.

Yanğın nəticəsində bir kişi xəsarət alıb. O, orta dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Yanğının söndürülməsinə 35 yanğınsöndürən və 14 texnika cəlb olunub. Səhərə yaxın yanğın söndürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.(azvision)

 


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır