!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Anam belə bir şey deməyib, bu Elgizin fantaziyasıdır”

!Reklam – Yazi

12767566_1087586011284066_1823249974_nfg2Dünən vəfat etmiş Xalq artisti İlhamə Quliyevanın oğlu onun mirası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Jurnalistlərə açıqlama verən O.Nadirov İ.Quliyevanın öz mirasını əsgərlərə bağışlaması ilə bağlı yayılan məlumatların əsassız olduğunu deyib: “Vəsiyyətnamə işləri ilə vəkilimiz məşğul olacaq. Lakin Elgiz Əkbərin anamın öz mirasını əsgərlərə bağışlaması ilə bağlı dediyi sözləri ilk dəfədir eşidirəm. Anam belə bir şey deməyib. Yəqin bu, Elgizin öz fantaziyasıdır”.

Xalq artistinin oğlu anasının tabutda basdırılacağı ilə bağlı vəsiyyətinin yerinə yetirilməyəcəyini də bildirib: “Vəsiyyət etmişdi ki, onu tabutda dəfn edək. Amma müsəlman qaydasına görə insan dünyasını dəyişəndə onu tabutda dəfn etmirlər. Anam da əsl müsəlman qadın idi, ona görə mən onu tabutda dəfn edə bilmərəm”.

O, ekspertiza nəticələrinin 15 gün sonra açıqlanacağını və ictimaiyyətə məlumat veriləcəyini deyib.

O.Nadirov dünən jurnalistlərlə kobud rəftar etdiyi üçün onlardan üzr istəyib.

 

www.yenicag.az

493
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv