!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Anar Salmanov: “Sadəcə qarşımıza Xaqani Məmmədov kimi mərdimazarlar çıxıb”

!Reklam – Yazi

15435735_1171235406297870_2050240533_n“Axı sən kimsən ki, Azərbaycan futbol ictimaiyyətini barmağına dolamısan? Çıxıb mətbuata da oyun qaydaları barədə nağıl danışır”.

Bunu sabiq FİFA referesi Anar Salmanov Yeniçağ.Az-a “AFFA”-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov barədə deyib. Referin sözlərinə görə, hakim Əliyar Ağayevin uğurunda Xaqani Məmmədovun heç bir payı olmadığını da vurğulayıb:

“Əliyar Ağayev gec-tez Azərbaycanı yüksək səviyyədə təmsil edəcək. Sadəcə, efirə çıxıb yalandan danışmaq olmaz ki, Əliyar Ağayev I kateqoriyaya keçib. Əliyar hakimlikdə öz hörmətini qazanıb. Beynəlxalq arenalardakı çıxışları onun daha artıq ada layiq olduğunu göstərir. Bundan əlavə Ə.Ağayev hələ məşq toplantısına yollanacaq. Yanvarın sonu UEFA onu cağıracaq. Yəni pillə-pillə Əliyar Ağayev öz sözünü deyəcək.

O ki qaldı, Xaqani Məmmədovun sinəsinə döyərək “Ağayevin uğurlarında mənim əziyyətim var” deməsinə… Xaqani Məmmədov orada sadəcə fiqurdur. Onun hakimlərlə heç bir əlaqəsi yoxdur.

Xaqani öz işinə qeyri-ciddi yanaşır. Əgər UEFA tərəfindən bu, rəsmi olaraq təsdiqlənməyibsə, sən kimsən ki, çıxıb 9 milyon əhaliyə yalan danışırsan?

Əliyar Ağayevin irəli getməsində AFFA və PFL-ın payı böyükdür. Yalnız düzgün qurulan işlərin nəticəsində Ə.Ağayev irəli gedir. Hakimlikdir, futboldur… bunlar ikinci dərəcəlidir. Birinci növbədə insan gərək öz şəxsiyyətini, mənliyini qorusun.

O ki, qaldı A.Salmanovun özünün hakimlikdən uzaq qalmasına, o, bu məsələdə bir səbəbkarın – Xaqani Məmmədovun adını çəkir:

“Bəli, mən FİFA referisi olaraq Azərbaycanı layiqincə təmsil etmişəm. Sadəcə, Xaqani Məmmədov kimi mərdimazarlar bizim qarşımıza çıxıb. Öz adıma deyə bilərəm ki, mən AFFA-nın işindən narazı deyiləm. Sadəcə, hakimlər komitəsindən narazıyam. Əgər bir yerdə iş getmirsə, mən oranı necə dəstəkləyə bilərəm?

Bilirəm ki, AFFA, PFL rəhbərliyi mənə qarşı deyil. Əgər onlar tərəfindən rəsmən dəvət olunsam gedib çalışaram. Çünki onlar hakimlərə dəstək duran layiqli şəxslərdir”.

Xatırladaq ki, “Xəzər TV”də yayımlanan “Futbol saatı” verilişinin qonağı olan AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov FİFA dərəcəli referimiz Əliyar Ağayevin UEFA-nın I kateqoriyasına yüksəldiyini müjdələmişdi. İddiaya görə o, bu “eksklüziv”lə sən demə, “Qarabağ” – “Qəbələ” matçındakı kobud hakim səhvlərini unutdurmaq, gündəmi dəyişmək məqsədi güdürmüş. Çünki UEFA-nın 2017-ci il üçün açıqladığı hakimlərin siyahısında Əliyar Ağayev II kateqoriyada göstərilib.

 

Aygün İlqarqızı
Yeniçağ.Az

www.yenicag.az

2016
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv