!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ancelina Coli: “Ona ata deməyin”

!Reklam – Yazi

coli_2347576767Aktrisa Ancelina Coli Bred Pittdən rəsmi ayrıldıqdan sonra ona qarşı sərt qadağalar qoymağa başlayıb.

Yenicag.az axşam.az-a istinadən bildirir ki, Coli Bredin övladları ilə görüşməyini istəmir. Bunun üçün o, uşaqların Pittə ata deməsini qadağan edib və onları atalarına qarşı çevirib.

Aktrisaya yaxın mənbənin sözlərinə görə, 6 uşağın hamısı aktyorla görüşdən boyun qaçırır.

“Cütlük ayrıldıqdan sonra Ancelina ev kirayələyərək uşaqlarla birgə yaşadıqları malikanədən oraya köçüb. Bu müddətdə isə Pitt onları cəmi 3 dəfə, Los-Ancelesdə, ailə-uşaq departamentinin psixoterapevtinin nəzarəti altında görüb. Görüş qısa və çox soyuq baş tutub.

Yaxınların sözlərinə görə, A.Coli keçmiş ərinə qarşı çox qəddarlaşıb. O, uşaqların aktyorla bütün əlaqələrini kəsmək qərarına gəlib və hətta yaxınlaşmaqda olan Yeni ili də onsuz qarşılamaq fikrindədir.

Aktyor isə “qəzəbli ana”ya qarşı əlində səs yazılarının, yetərli dəlillərin olduğunu vurğulayıb və onların Colinin nüfuzuna, eləcə də uşaqların psixikasına mənfi təsirini nəzərə alaraq məhkəmədə istifadə etmək istəməyib.

Qeyd edək ki, A.Coli və B.Pitt 2005-ci ildə ailə həyatı qurub. Bu evlilikdən onların 3 doğma, 3 ögey övladları var. Bu ilin sentyabrda aktrisa qəflətən boşanmaq üçün məhkəməyə müraciət edib.

 

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv