Ancelina Colinin qızının əsl anası ortaya çıxdı – 12 il sonra

Ancelina Colinin qızının əsl anası ortaya çıxdı – 12 il sonra

Müəllif: Redaktor

Baş Redaktor

Aktrisa Ancelina Colinin övladlığa götürdüyü Zaharanın bioloji anası ona müraciət edib.

Mentevab Deyvit Lebiso adlı qadın 12 il sonra qızı ilə yenidən görüşmək istədiyini bildirib.

“Qızımı almaq niyyətim yoxdur, Ancelina ona yaxşı analıq edir. Onun həyatını xilas edib. Lakin Zaharanın Ancelina qədər onu istəyən daha bir anası olduğunu bilməsini istəyirəm. Onun üçün darıxıram və aradabir danışmaq, səsini eşitmək, doğum günündə yanında olmaq istəyirəm”.

Qeyd edək ki, aktrisa Zaharanı 2005-ci ildə övladlığa götürərkən onun valideynlərinin QİÇS xəstəliyindən dünyasını dəyişdiklərindən əmin idi. Lakin 2007-ci ildə Lebisonun yaşadığı və övladlığa götürdüyü qızının bioloji anası olduğu ortaya çıxıb. O, hal-hazırda Efiopiyada yaşayır.

Yenicag.az

Xəbərlər, Maqazin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti