www.sinerjipro.net

SinerjiProWide
Reklam

Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: Hörmətli cənab Prezident. Əziz cənab Əliyev.

Ölkələrimiz arasında 25 il bundan əvvəl diplomatik əlaqələr qurulmuşdur. İkitərəfli əlaqələrimiz qədim tarixə malikdir. İki yüz il bundan əvvəl ilk şvab mühacirləri müasir Azərbaycanın ərazisində məskunlaşmışlar.

Münasibətlərimizin canlı və hərtərəfli olduğunu 2016-cı ilin iyun ayında Almaniyaya etdiyiniz səfərinizlə birmənalı olaraq təsdiq etdiniz.

Almaniya Sizin ölkəmiz ilə sıx əməkdaşlıq etməyə hazır olmağınızı və Avropanın dəyərlər icmasına qoşulmaq iradənizi alqışlayır. Əmin ola bilərsiniz ki, Almaniya ölkənizin modernləşməsində, demokratiyanın və hüquqi dövlətin inkişafında etibarlı tərəfdaşınız olaraq qalacaqdır.

Mən əminəm ki, Azərbaycan bütün region kimi yalnız regional münaqişələrin həllindən sonra tam şəkildə potensialını inkişaf etdirə biləcəkdir. Almaniya ATƏT-in Minsk Qrupunun üzvü kimi, gələcəkdə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak edəcək və həmsədrlərin səylərini dəstəkləyəcəkdir.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə mən Azərbaycana sülh, rifah, ölkələrimizə isə etibarlı əməkdaşlığın uğurlu davam etdirilməsini və genişləndirilməsini arzu edirəm”.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 34
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."