!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ankarada terror aktında ölənlərin sayı 102-yə çatıb

!Reklam – Yazi

ankara2-300x169Türkiyənin paytaxtı Ankarada oktyabrın 10-da törədilən terror aktı nəticəsində ölənlərin sayı 102-yə çatıb.

“A24.az”  xəbər verir ki, bu barədə Ankara Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, ölənlərin 101-nin şəxsiyyəti müəyyənləşdirilib və ailələrinə təhvil verilib. Qeyd edilir ki, hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir və indiyə kimi 13 nəfər saxlanılıb. Hazırda onların dindirilməsi prosesi gedir.

Baş Prokurorluq onu da əlavə edib ki, dərinləşdirilən istintaq hərəkətləri nəticəsində terror aktının həyata keçirilməsində əlaqəsi olan şübhəlilərə dair əhəmiyyətli ipucları və məlumatlar əldə edilib. İstintaqın sağlam şəkildə aparılması və maddi sübutun ortaya çıxarılması üçün təhlükəsizlik əməkdaşları ilə birlikdə təhqiqatlar fasiləsiz, sürətli və diqqətlə davam etməkdədir. Prokurorluğun şərhində “istənilən nəticənin əldə edilməsi baxımından ictimaiyyətin spekulyativ xəbərlərə etibar etməməsi, davam edən prosesin nəticəsini sükunət içərisində gözləməsi xahiş edilir”,-deyə bildirilir.

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv