a16daada6d06Türkiyə prokurorluğu Ankaradakı terror aktının İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı tərəfindən törədilməsinə dair sübutlara malik olduğunu bildirib.

Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, İŞİD-in Türkiyədəki terror aktlarına görə məsuliyyətli olan qolu ölkənin cənubdan Qaziantəp şəhərində yerləşir.

Prokurorluğun yaydığı bəyanatda vurğulanır ki, Ankarada partlayışların təşkilatçıları ölkədəki vəziyyəti gərginləşdirmək, o cümlədən hakimiyyəti noyabrın birinə təyin olunan parlament seçkilərini təxirə salmağa məcbur etmək istəyiblər.
Oktyabrın 10-da Ankarada törədilmiş partlayışda həlak olanların sayı 106 nəfər ölüb.

Xatırladaq ki, oktyabrın 10-da “Əmək, barış və demokratiya” mitinqi keçirmək üçün Ankara dəmir yolu stansiyası önündən Sıhhiye meydanına doğru yürüşə keçmək istəyən kütlənin Gənclik Parkında toplanması zamanı iki partlayış törədilib.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir.

Rusiya hərbi hava qüvvələri sentyabrın 3-dan Suriyada İŞİD qruplaşmasına qarşı hərbi əməliyyatlara başlayıb.

 

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 10
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."