ans_tv__52_112-300x163İki televiziya kanalı arasında uzun müddətdir ki, “soyuq müharibə” davam edir.

Artıq bir müddətdir ki, ATV kanalı yeni mövsüm hazırlıqlarını nümayiş etdirən video-çarxlar yayımlayır. Reklam çarxının bir sujeti isə ölkəmizdə yerləşən xristian dini məbədində çəkilib.

Sözügedən video-çarxa etiraz əlaməti olaraq Gürcüstan patriarxı II İlyan Azərbaycan tərəfinə öz narazılığın bildirib.

ANS Televiziyası isə Gürcüstan patriarxının etirazına cavab olaraq “Tanrıya təpik atmazlar” başlığı altında ATV kanalına qarşı sujet hazırlayıb.

Sözügedən video-çarxa aşağıda baxa bilərsiniz:

https://youtu.be/kDVFVdynCxY

Üzərindən bir neçə dəqiqə keçməsinə baxmayaraq, ATV-nin də qonşu Televiziya Kanalına cavabı özünü çox gözlətməyib. Belə ki, kanalın “ATV xəbər” proqramının sevilən aparıcısı Samirə Mustafayevanın təqdimatında ANS-ə verilən cavab belə olub: “ATV-nin tanıtım çarxında qısa epizodu gözü götürməyənlər oldu. Bu məsələdə Gürcüstan patriarxı II İlyanı başa düşmək olar. Bəzi həmkarlarımız, eləcə də dırnağarası bizi çox istəyən qonşu kanallardan biri, bir neçə dəqiqə əvvəl xəbər buraxılışlarında bir daha öz iç üzlərini göstərdilər”, – deyə aparıcı bildirib.

Həmin video-sujet:

Xatırladaq ki, ATV Gürcüstan Patriarxlığının iddiası ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Dini məbədlərdə hansısa filmin, tanıtım çarxının çəkilişi heç də bizə yad görüntü deyil. Hətta Hollivud filmlərində belə dəfələrlə oxşar görüntülərin şahidi olmuşuq. Fərqi yoxdur, kilsə olsun və yaxud da məscid… Bununla belə, ATV kanalı olaraq bir daha bəyan edirik ki, məlum video-çarxın çəkilməsində məqsəd kimlərinsə dini hissiyyatına toxunmaq yox, ümumilikdə Azərbaycanın tarixi yerlərini, təbiətini göstərməklə kanalın yeni mövsüm hazırlıqlarını təbliğ edən serial-çarxların hazırlanması olub. Gürcüstan Patriarxlığının narahatçılığı nəzərə alınaraq bu video çarxın yayımı dayandırılıb. Təbii ki, iş olan yerdə nöqsan da olur. Amma bu nöqsan heç də Gürcüstanda dini məbədlərmizin ən ağır formada təhqirə məruz qalmasından böyük nöqsan deyil. Bu məsələyə xüsusi “həssaslıq” göstərən bəzi həmkarlarımızdan və Gürcüstan Patriarxlığından eyni tolerantlığı gözləyirik”(a24.az).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 6
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."