yenicag.az
yenicag.az

ANS bağlanacaq?

ANS bağlanacaq?

Müəllif: Redaktor

Editor

milli-meclis“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilməsi Milli Televiziya və Radio Yayımı Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin ANS-i bağlamasına səbəb olacaq. Çünki onların qarşılıqlı əməkdaşlığı yoxdur.

Bunu deputat Qüdrət Həsənquliyev mövcud layihənin müzakirəsi zamanı bildirib.

Millət vəkili diqqətə çatdırıb ki, hər gün mətbuatda MTRŞ-nın ANS-i cərimələməsi ilə bağlı xəbərlər yayılır.

“Qanuna edilən dəyişiklik ANS-in bağlanmasına səbəb olacaq. Heç olmazsa, müvafiq dövlət orqanları məsələyə müdaxilə etsin və normal əməkdaşlıq mühiti yaradılsın. Düşünürəm ki, bu dəyişikliyin edilməsi tezdir və sui-istifadə hallarına yol açacaq. ANS ilk özəl televiziyamızdır və bu gün biz onlara ögey münasibəti görürük”.

Deputat Fazil Mustafa da eyni mövqe ifadə edərək dəyişikliyin Konstitusiya pozuntusu olduğunu söyləyib.

Sədr Oqtay Əsədov isə burada heç bir Konstitusiya pozuntusunun olmadığını deyib.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə qanuna edilən dəyişikliyə səs verəcəyini deyib. O qeyd edib ki, “Televiziya və radio yayımı haqqında” qanuna əsasən MTRŞ hər hansı televiziyanı bağlaya bilər.

“Televiziya strateji bir sahədir. Azərbaycanın bütün regionlarında televiziyalar yayımlanır. Ola bilər ki, hər hansı televiziya ölkə əleyhinə müəyyən çağırışlar edir. Ancaq bunun üçün müvafiq məhkəmələr var və onların qərarı olmalıdır. Hesab edirəm ki, bu qanunla bağlı bir çox dövlətlərdə oxşar təcrübələr var. Mən də bu qanuna edilən dəyişikliklərə səs verəcəyəm”.

Qeyd edək ki, Azərbaycanda bundan sonra “Televiziya və radio yayımı haqqında” qanunla nəzərdə tutulan hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə də kütləvi informasiya vasitəsinin istehsalı və yayımına xitam verilə bilər. Bununla bağlı “Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişiklik edilib. Layihəyə əsasən, kütləvi informasiya vasitəsinin istehsalı və yayımına xitam verilən halların sayı yalnız təsisçinin, məhkəmənin və ya “Televiziya və radio yayımı haqqında” qanunda nəzərdə tutulan hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə müavəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Media, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti