www.sinerjipro.net

SinerjiProWide
Reklam

62480_dff05kswx8Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia üzrə apellyasiya şikayətinə baxılıb.

Hakim Nurəddin Mustafayevin sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndəsi çıxış edib. Sonda məhkəmənin qərarı açıqlanıb. Qərara əsasən, ANS-in MTRŞ-ya qarşı iddiası təmin edilməyib.

Qeyd edək ki, MTRŞ bir müddət əvvəl ANS televiziyasının efirində yayımlanan “Salam, Azərbaycan” proqramında vətəndaşların Azərbaycan Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, insanların şərəf və layəqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə, birtərəfliyə yol verildiyini, sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulduğunu nəzərə alaraq, ANS televiziyasının efirində yayımlanan “Salam, Azərbaycan” proqramının yayımının 6 oktyabr 2015-ci il tarixdən etibarən 10 gün müddətinə dayandırılması barədə qərar qəbul etmişdi.

ANS həmin qərarın ləğv edilməsini istəyirdi(Report).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 45
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."