binaunnamedXəbər verir ki, səhər saatlarında 2 mərtəbəli yaşayış evində partlayış olub.

Yenicag.az. ARB TV-yə istinadən xəbər verir ki, hadisə Abşeron rayonu, Hökməli qəsəbəsində baş verib. Hadisə nəticəsində ailənin kiçik üzvü 3 yaşlı Banıçiçək Qurbanlı dünyasını dəyişib. Evin sahibi 44 yaşlı Müşfiq Qurbanov və Şəbruz Novruzova, 12 yaşlı Leyla Qurbanlı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, partlayışa səbəb qaz sızmasıdır. Evin yaxınlığında çəkilən yeni qaz xəttindən sızma nəticəsində qaz mənzilin zirzəmisinə dolub. 44 yaşlı Şəbruz Məmmədovanın işığı yandırması ilə partlayış baş verib. 2 mərtəbəli yaşayış evi tamamilə dağılıb.

Hadisə yerində hüquq mühafizə orqanları araşdırmalara başlayıb.

Xatırladaq ki, Müşfiq Qurbanov “Azəravtoyol” ASC-nin Aparat rəhbəridir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."