www.sinerjipro.net

SinerjiProWide
Reklam

unnamedBu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apellyasiya Komissiyasının iclası keçirilib. Şura üzvü Sahib Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2016-cı il üçüncü maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan 20 QHT-nin müraciətinə baxılıb.

Qarşılıqlı anlaşma və müzakirə şəraitində keçən iclasda komissiyaya təqdim olunmuş hər bir layihə yenidən nəzərdən keçirilib və onların hazırlanmasında yol verilmiş nöqsanlar QHT rəhbərlərinin nəzərinə çatdırılıb.
Müzakirələrdən sonra ekspertlərin rəyi də nəzərə alınaraq Apellyasiya Komissiyasına müraciət edən QHT-lərin layihələri ilə bağlı Şuranın qərarı məqbul hesab olunub.

Apellyasiya Komissiyasının üzvləri QHT rəhbərlərinin nəzərinə çatdırıb ki, müsabiqəyə təqdim olunan layihələr ictimai baxımdan aktuallığı ilə, yerinə yetiriləcək fəaliyyətlərin isə konkretliyi ilə seçilməsi vacibdir.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 42
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."