yenicag.az
yenicag.az

Apelyasiya Komissiyası QHT-lərin müraciətlərinə baxıb

Apelyasiya Komissiyası QHT-lərin müraciətlərinə baxıb

Müəllif: Redaktor

Editor

93b3731f-b93b-4cd4-bb4f-67ecc2f329e5Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyasının iclası keçirilib. Şura üzvü Sahib Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2016-cı il birinci maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan 29 QHT-nin müraciətinə baxılıb.

Qarşılıqlı anlaşma və diskussiya şəraitində keçən müzakirələrdə komissiyaya təqdim olunmuş hər bir layihə yenidən nəzərdən keçirilərək onların hazırlanmasında yol verilmiş nöqsanlar QHT rəhbərlərinin nəzərinə çatdırılıb.

Müzakirələrdən sonra ekspertlərin rəyi də nəzərə alınaraq Şuraya Gənclərin İnkişafı İctimai Birliyi, Energetika və Ekologiya Maarifçilik İctimai Birliyi, Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı Mərkəzi İctimai Birliyi, Gənc Ana və Uşaqların Maarifləndirilməsi İctimai Birliyi, İqtisadçı Tələbələrə Kömək İctimai Birliyi, Azərbaycan İqtisadçılar İttifaqı İctimai Birliyi, Demokratik İslahatçı Gənclər İctimai Birliyi, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi, “Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi, “Ekoloq- 2010” Ekoloji maarifləndirmə İctimai Birliyi, “Xan Şuşinski Fondu”, “Skalper” Xəstələrə Yardım İctimai Birliyi, Gənc Sahibkarlar Klubu İctimai Birliyi, Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti və Demokratiya və İnsan Hüquqları Komitəsinin layihə təkliflərinə yenidən baxması tövsiyə olunub. 14 QHT-nin layihə təklifi ilə bağlı isə Şuranın qərarı məqbul hesab edilib.

Apelyasiya Komissiyasının üzvləri irəli sürülən layihələr ictimai baxımdan aktual və yerinə yetiriləcək fəaliyyətlərin konkret olmasının vacibliyini QHT nümayəndələrinin diqqətinə çatdırıblar. İclasda Şura tərəfindən layihələrin qiymətləndirilməsində şəffaflığın təmin olunması üçün mütamadi iş aparıldığı bir daha vurğulanıb.

 

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti