!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Apple” “iPhone 8” smartfonlarının istehsalı başlayıb

!Reklam – Yazi

Sosial şəbəkələrdə texnologiya məhsulları barədə məlumatları ilə məşhurlaşmış insayder Stiv Hemmerstoffer “Apple” şirkətinin yeni “iPhone 8” smartfonlarının istehsalına başladığını deyib.

Yenicag.Az Trend-ə istinadən bildirir ki, o, bu barədə “Twitter” səhifəsində öz mənbələrinə istinadən yazıb.

Onun sözlərinə görə, istehsalat prosesi cədvələ uyğun davam edir, ona görə də yeni məhsul planlaşdırıldığı vaxtda təqdim olunacaq.

Bununla belə bir sıra mənbələr təqdimat mərasiminin gecikə biləcəyini deyir. Buna səbəb kimi OLED-ekranların çatışmazlığı göstərilir.

“iPhone 8”-in təqdimatının sentyabr ayında keçirilməsi planlaşdırılır. Bu smartfonların çərçivəsiz OLED-ekranlı olacağı gözlənilir.

Yenicag.Az

www.yenicag.az

945
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv