samsung-apple“Samsung” şirkəti vacib qərar qəbul edib.

Bu barədə Yenicag.az “Technote”-yə istinadən xəbər verdi.

Belə ki, “Apple” şirkətindən sifarişlərin olmadığı üçün “Samsung”, prosessorlar istehsalını yenidən qurmağa qərar verib. “Apple” şirkəti isə öz növbəsində “TSMC”ni seçib. “Samsung”, prosessor istehsalını tamamilə ayırmağı düşünür. Şirkət bunun üçün hətta ayrı bir struktur da yarada bilər. Hal-hazırda “Samsung”un çiplər ilə bağlı 4 şöbəsi var. Mobil prosessorların istehsalı, kamera və ekranlar üçün çiplərin istehsalı, müştərilərin texniki dəstəyi və mikrosxemlərin istehsalı. İstehsalatın yenidən qurulmasının hesabına şirkət, yeni şöbənin artımını və alt şöbələrin idarəedilməsinin yüksəldilməsini planlaşdırır. Lakin bütün bunlara baxmayaraq “Apple”ın tamamilə “Samsung”dan imtina edəcəyi hələki bilinmir. Gələcəkdə şirkətlər yenidən əməkdaşlıq edə bilərlər.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 6
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."