!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aprel döyüşləri qazisindən şad xəbər - Möcüzəvi əməliyyat gerçəkləşdi - FOTOLAR  

!Reklam – Yazi

Ötən il Aprel döyüşlərində başından ciddi şəkildə yaralanaraq kəllə sümüyünün bir hissəsini itirən Yaşar Ağayevdən şad xəbər var.

Yenicag.az-ın məlumatına görə, 46 gün reanimasiyada qalan, oyandıqdan sonra isə çətin anlar yaşayan qazi hərbçimiz möcüzəvi əməliyyatla sağlamlığına qovuşub.

Belə ki, 25 sentyabrda “kranioplasti” ilə 3D printerdə hazırlanan kəllə sümüyü əməliyyatla onun başına bərkidilib.

Təsəvvür edin ki, başınızın hardasa yarısını itirmisiniz və bu görüntü ilə yaşamaq məcburiyyətindəsiniz. Sizin təsəvvür etməkdə belə çətinlik çəkdiyiniz bu dəhşətli hadisə 28 yaşlı Yaşar Ağayevin başına gəlmişdi. O, düz 1,5 il bu şəkildə yaşadı. Başından güllə yarası alan Yaşar Bakıda 3 əməliyyat keçirib. Ancaq yeriyə və danışa bilməyib. Qardaş ölkə Türkiyədə şəfa tapan həmyerlimiz ilk dəfə özünü aynada görəndə keçirdiyi hissləri bölüşüb:

“Qəzadan sonra ilk dəfə özümü görəndə çox soyuqqanlı idim, şoka düşmədim. Sadəcə öz-özümə düşündüm ki, başa dəyən mərmi insanı öldürər, necə olub mən yaralanmışam. Bədənimin sol tərəfinin işləməməsi isə mənim üçün böyük problem idi.”

Düşdüyü vəziyyətə görə ailəsinin xüsusilə, anasının çox narahat olduğunu deyən Ağayev çətin günlər keçirdiklərini söyləyib. Anası görməsin deyə, çalışıb ki, həmişə papaqlı gəzsin.

Artıq papaq taxmağa məcbur olmayan Yaşar müalicəsi üçün ona yardım edən prezident İlham Əliyevə minnətdardır.

Gülhanə xəstəxanasının həkimi dos.dr. Özkan Tehli əməliyyatın digər beyin funksiyaları üçün də vacib olduğunu bildirib. Onun sözlərinə görə, Yaşar bir müddət də belə yaşasaydı müəyyən sindromlar yaranacaqdı. Lakin onun kəllə ölçülərinə uyğun olaraq xüsusi hissə hazırlanıb və beyninə yerləşdirilib.  3D printerlərlə hazırlanan hissə əməliyyatla bərkidilib və beynin funksiyalarına uyğunlaşdırılıb.

Qeyd edək ki, bu əməliyyat təkcə Yaşarın həyatında yox, həm də tibb tarixində əhəmiyyətli hadisədir.

www.yenicag.az

7723
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv