FotoApteka1Q20Rasif Bağırov: “Kənardan verilən qərara uyğun olaraq müəyyən qrup dərmanların qiyməti endirilsə də, onun əvəzində itirilən vəsaiti indi başqa dərmanların üzərinə qoymaqla kompensasiya edirlər”

Tarif Şurası bildiyimiz kimi bir müddət öncə bəzi dərmanlarla bağlı vahid qiymət müəyyənləşdirdi. Görəsən, bu fonda dərmanların qiymətində ucuzlaşmalar baş verdimi?

Kardioloq həkim Rasif Bağırov Yenicag.az-a açıqlamasında bildirdi ki, apteklər verilən qərardan sonra qiyməti düşən dərmanlarda itirdikləri vəsaiti, indi digər dərmanların qiymətini qaldırmaqla kompensasiya edirlər: “Dərmanların qiyməti ilə bağlı, ümumiyyətlə istənilən bazar prosesinə kənar təsirlər heç zaman yaxşı nəticələrə gətirmir. Çünki bazar tələblə təklifin özünü ifadə etməsini xoşlayır. Nəyisə qaydaya salmaq üçün kənar təsirlərə əl atıldıqda orada iş pozula bilər. Dərmanların qiymətinin aşağı olması ölkədə hamı üçün maraqlı idi. Amma təəssüf ki, bu məsələdə də bazara kənar müdaxilə öz mənfi nəticəsini verdi. Kənardan verilən qərara uyğun olaraq müəyyən qrup dərmanların qiyməti endirilsə də, onun əvəzində itirilən vəsaiti indi başqa dərmanların üzərinə qoymaqla kompensasiya edirlər. Yəni hansı dərmanda itirirlərsə, başqa dərmanın qiymətini qaldırmaqla bu itkini kompensasiya edirlər. Məsələn, “dimidrol” iynəsinin qutusu əvvəl 20 qəpik olub, sonra 50-70 qəpiyə qalxdı. Uzağı onun qiyməti 1 manata çatırdı. Tarif Şurasının həmin addımından sonra isə bəzi apteklərdə onun qiyməti 3 manata qaldırılıb.İkinci bir tərəfdən, hazırda apteklərdə dərmanların tapılması da problemə çevrilib. Depolar çəkilən xərc nəzərə alınmayanda dərmanı bazara yatırıb satmaqda o qədər də maraqlı olmur. Hazırda bir sıra vacib dərmanlar var ki, onları Tarif Şurasının sözügedən qərarından sonra tapmaq müşkülə çevrilib”.

 

 

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 141
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."