www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər Türkiyənin Birinci xanımını Azərbaycanda FETÖ terror şəbəkəsinə qarşı aparılan mübarizə haqqında ətraflı məlumatlandırıb.

Yenicag.az xəbər verir ki, bu gün Bakı Türk Liseyinin yeni korpusunun təntənəli açılış mərasimindən sonra “Səssiz işğal” və “Terrorun Gülən üzü” kitablarının müəllifi Aqil Ələsgər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanla görüşüb.

Aqil Ələsgər Türkiyənin Birinci xanımı ilə söhbətində 2007-ci ildən bu günə kimi FETÖ terror şəbəkəsinə qarşı göstərdiyi ardıcıl fəaliyyəti haqqında məlumat verib və Türkiyədə işıq üzü görmüş “Səssiz işğal” kitabını Əminə Ərdoğana təqdim edib.

Baş redaktor söhbət əsnasında qeyd edib ki, bu kitabda adları keçən bəzi FETÖ-çular Azərbaycan prezidenti İlham Əliyevin iradəsi ilə cəzalandırılıblar, FETÖ-ya məxsus məktəb və universitetlər bağlanıb.

Bundan məmnunluğunu vurğulayan Əminə Ərdoğan isə yarızarafat formada “Əgər qalanlar varsa, adlarını bizə bildirin”, – deyə Aqil Ələsgərə cavab verib. Xoş atmosferdə keçən söhbət zamanı səmimi fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “YeniÇağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər ötən gün Bakı-Tiflis-Qars dəmiryolunun açılış mərasimində iştirak üçün Bakıya gəlmiş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb.

Xatırladaq ki, Aqil Ələsgər 2016-ci il iyulun 15-də (FETÖ çevrilişindən bir neçə saat əvvəl) Türkiyənin baş naziri Binəli Yıldırımla da görüşərək, müəllifi olduğu “Terrorun Gülən üzü” kitabını ona təqdim etmişdi.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1101
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."