!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aqil M.Quliyevdən sevgililəri ilə bağlı şok etiraf: “Münasibətdə olduğum qadınlarla...”

!Reklam – Yazi

Adətən, şəxsi həyatını gizlədir. Bu barədə suallardan qaçır. Tanınmış rejissor Aqil M. Quliyevi deyirik, bu dəfə susmadı. Qadınların sevimlisi olan rejissor şəxsi həyatı barədə nələr dedi, nələr. Onun Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Şəxsi həyatınızı həmişə gizlədirsiniz…

– Tanınmış sima olduğum gündən bir həqiqəti başa düşmüşəm ki, nə edirsənsə et, sakit et, heç kimin xəbəri olmasın. Vallah, gərək hər şeyi gizlədəsən.

– Hər şeyi deyərkən?

– Şəxsi həyatımı; həyatımda olan qadın və yaxud da qadınları… Bizim şəhər dedi-qodu, pıçıltılı danışıqlarla doludur. Onsuz da öyrəşiblər, min cür şayiə qoşub-düzüb danışırlar.

– Özünüzdən çox razı görkəminiz var. Qadınları necə ram edirsiniz?

– Cünki Aqil M. Quliyev susmağı bacarır. Buna görə qadınlar məni sevir.

– Yəni eşq yaşadığınız xanımların sirrini açmırsınız, eləmi?

– Əlbəttə. Kişinin ağzı gərək bütöv olsun.

– Yəni indiyə qədər heç birinin sirrini açmamısınız?

– Yox. Gərək susa biləsən, bu da hər kişinin işi deyil.

– Sevmədiyiniz xanımlarla ünsiyyət qurursunuz?

– Yox, çalışıram ortada bir qığılcım olsun. Çünki 45 yaşım var, gördüyümü görmüşəm. Bundan sonra şəxsi həyatımda nəsə istəyirəmsə, gərək arada hisslər olsun. Münasibətdə bir sehr, bir magiya mütləq olmalıdır.– Nəyinsə xatirinə ünsiyyətdə olduğunuz qadınlar olmayıb yəni?

– Hamıda olur, təkcə məndə yox.

– Sevgidə yaş həddi sizin üçün önəmlidirmi?

– 23-29 yaş arasında olan gənc xanımları daha çox xoşlayıram..

– Xarici görünüş önəmlidirmi?

– Onu kim sizə deyirsə ki, münasibətlərdə xarici görünüş önəmli deyil, yalan danışır.

– Zəhmət olmasa, sevdiyiniz qadın obrazını təsvir edin.

– Qadının baxışı mənim üçün çox önəmlidir. Əgər qadının baxışında sirr, sehr, magiya varsa, demək ki, o qadın mənlikdir. (gülür)

– Aqil M.Quliyevi aldatmaq asandır?

– Fərqi yoxdur, Aqil M.Quliyev olsun, ya da başqa bir kişi… Hər bir kişi qadın tərəfindən aldıdıla bilər, aldadılır da.

– Bəs özünüz necə çox qadınları aldatmısınız?

– Olub, amma cavan vaxtlarımda. Mən niyyətimi heç vaxt gizlətməmişəm. Əslində, qadınlar məni məndən daha yaxşı tanıyırlar.

– Bu gün həyatınızda sevgi varmı?

– Səncə?

– Sualdan yayınmayın…

– Əlbəttə, var. Olmamış olarmı?

– Rəsmiləşdirmək, yəni evlənmək fikriniz varmı?

– Qızımın 25 yaşı var, evlənməyi düşünmürəm.

– Çoxları belə fikirləşir ki, evlilik sevgini öldürür, bəlkə buna görə qeyri-rəsmi münasibətlərə üstünlük verirsiniz?

– Mən də elə düşünürəm ki, evlilik sevgini öldürür.

Cəvahir

www.yenicag.az

20660
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv