!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aqil M.Quliyevin GİZLİ SEVGİLİSİ ÜZƏ ÇİXDİ: “O qadınla aramızda...”

!Reklam – Yazi

Çoxdan bəri görünməyən, şou-biznesin gündəmindən uzaq düşən tanınmış rejissor Aqil. M.Quliyevlə film təqdimatlarının birində görüşdük.

Yaxın günlərdə yaradıcılıqla bağlı xəbəri ilə gündəmi dəyişəcəyini vəd edən 45 yaşlı xarizmatik rejissor şəxsi həyatından da danışdı.

Yeniçağ.az-a açıqlama verən A. M.Quliyev sevdiyi qadının olduğunu gizlətmədi:

“Subay kişiyəm, həyatımda həmişə qadınlar olub və var. Amma indi yanımda yalnız bir xanım var. Çünki elə bir yaşdayam ki, həyatımda yalnız bir xanım ola bilər. Qaldı ki, sevgiyə vərdişdən çox şey asılıdır, qadınla kişini bir-birinə sevgidən çox vərdiş bağlayır. Bağlanırsan və öyrəşirsən, vəssalam. Belə demək mümkünsə, qadın narkotika kimidir, öyrəşirsən. O qadınla aramızda bağlılıq var”.

Qeyd edək ki, rejissor bir dəfə evli olub və 24 yaşında qızı var.

 

Cəvahir Səlimqızı

Yeniçağ.az

Fotolar: Cəmalə Əlizadə

www.yenicag.az

2689
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv