!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aradakı sədləri dağıdan zəng: Tramp Obamadan fərqli olaraq, Türkiyənin dəyərini anladı

!Reklam – Yazi

ABŞ və Türkiyə prezidentləri Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığı ikitərəfli münasibətlərin normallaşmasına yönələn böyük bir addım kimi qiymətləndirilir.

Yeniçağ.Az xəbər verir ki, “Hürriyet” qəzetinin müəllifi Abdülkadir Selvinin bu gün dərc etdirdiyi “Kritik sədlər aşıldı. Ərdoğanla Trampın ulduzları barışdı” adlı yazısında prezidentlərin telefon danışığında ABŞ-Türkiyə münasibətlərinin perspektivi geniş təhlil olunub:

“- 42 dəqiqə davam etdi.

– Tramp seçkidə qalib gəlməsindən sonra Ərdoğanın ona ilk zəng vuran lider olduğunu xatırladaraq, təşəkkür etdi. Türkiyəyə sevgisini bildirdi.

– Tramp Prezident Ərdoğanla söhbətində “gələcəyə dair diplomatik çərçivədən kənara çıxan müsbət siqnallar” verdi.

– Tramp 15 iyul çevriliş cəhdinin Prezident Ərdoğanın sayəsində yatırıldığını bildirdi.

– Ərdoğan 15 iyul çevriliş cəhdinin arxasında Fətullah Gülənin dayandığını bildirib, onun Türkiyəyə verilməsini istədi.

– Tramp bu məsələyə laqeyd yanaşmadı. Hətta diqqətlə dinlədi və Gülənin ABŞ-da mühakimə imkanının olub-olmadığını araşdıracağını söylədi.

– Prezident Tramp Ərdoğanın İŞİD barəsində qiymətləndirməsindən təsirləndi və əlavə suallar verərək, dəqiq məlumat almağa çalışdı.

– Ərdoğanın Suriyada təhlükəsizlik zonasının yaradılması təklifinə Tramp da müsbət yanaşdı.

– Trampın düşüncəsindəki təhlükəsizlik zonasının İraqda yaradılacaq analoji bölgədən fərqli olduğu başa düşülür. Xatırlayırsınızsa, ABŞ İraqda kürdlərin məskunlaşdığı 36-cı paralel və şiələrin yaşadığı 32-ci paralelə düşən ərazilər üzərindən uçuşları qadağan etmişdi. Suriyada isə daha çox bizim həmin ölkənin ərazisində terrorçulardan təmizlədiyimiz bölgəyə bənzər zona yaratmaq düşüncəsində olduğu anlaşılır.

– Ərdoğan Cərablus və Əl-Babda İŞİD-ə qarşı keçirilən uğurlu əməliyyatları xatırladaraq, Əl-Bab və Rakkada birlikdə mübarizə aparmaq təklifini yenidən irəli sürdü. İŞİD-lə mübarizə və PYD-YPG məsələsi gündəmə gəldikdə, Tramp “CIA-nın direktorunun göndərirəm, bütün detalları onunla danışın”, – dedi. CIA direktoru Mayk Pompeo geri qayıtdıqda isə ondan geniş məlumat alacağını dedi.

– Ərdoğan PKK ilə mübarizə çərçivəsində PYD -YPG məsələsinin Türkiyə üçün həyati əhəmiyyət daşıdığını bildirdi. ABŞ-ın PYD/YPG-yə dəstəyini dayandırmasını istədi.

Prezident sarayındakı mənbələr bu telefon danışığının məhsuldar keçdiyini düşünürlər. İki lider aralarındakı telefon danışığını tezliklə görüşmək arzusu ilə bitiriblər. ABŞ və Türkiyənin xarici işlər nazirlikləri də prezidentlərin görüşünü təşkil etmək üçün artıq qollarını çirmələyib, hazırlıqlara başladılar.

Prezident Ərdoğanıın Trampla danışıqdan sonra yaxın ətrafına “yaxşı dil tapacağıq” dediyi bildirilir.
Obama ilə yaşananlardan sonra Prezident Trampla təmasın yaradılması çox vacib idi. Kritik sədlərin aşıldığı, Ərdoğanla Trampın ulduzlarının barışdığı anlaşılır”.

Yeniçağ.Az

www.yenicag.az

596
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv