!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Araz Ağalarovun obyektinə bomba qoyulması TƏSDİQLƏNDİ

!Reklam – Yazi

Araz_Aqalarov1476456535Azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Krokus ekspo” sərgi mərkəzinə bomba qoyulmasının bəzi təfərrüatları ortaya çıxıb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bomba binaya hissə-hissə gətirilib.

Hazırda hüquq-mühafizə orqanları kompleksin işçiləri arasında cinayətkarlarla əlbir olanları axtarır.

“Qurğunun dağıdıcı elementləri olub və məsafədən idarə olunmaqla partladılması nəzərdə tutulmuşdu”, – hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Naqillərə birləşdirilən partlayıcı qurğu ekspertiza üçün Federal Təhlükəsizlik Xidmətinə göndərilib. Ekspertiza partlaycının tərkibini və onu hissə-hissə mühafizə olunan kompleksə necə daşınmasını müəyyənləşdirməlidir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əldəqayırma partlayıcıları İraq-Şam İslam Dövləti terror qruplaşmasının tərəfdarları yığırlar. Onların yaraqlıları çox vaxt belə əraziyə getmirlər.

Xüsusi xidmət indi təklikdə fəaliyyət göstərməyə üstünlük verən terrorçularla bağlı daha geniş araşdırmalara başlayıblar.

Onların hədəfi iri şəhərlərdəki ticarət və əyləncə mərkəzləri ola bilər.

Oktyabrın 7-də “Krokus ekspo” sərgi mərkəzinin ziyarətçiləri və əməkdaşları partlayış təhlükəsinə görə təcili binadan evakuasiya ediliblər. Sonradan təhlükənin real olduğu ortaya çıxıb.

Xüsusi xidmət əməkdaşları sərgi mərkəzindəki ayaq yolundan birinin divarına quraşdırılan partlayıcı maddə aşkarlayıblar.

 

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv