Araz Əlizadə:“Milli Məclisdə hər regionun özünün deputatı olmalıdır”

Müəllif: Baş Redaktor

Baş Redaktor

Araz-ElizadeedfgSon zamanlar  əhalinin sayının artmasına uyğun olaraq, Milli Məclis deputatlarının sayının artırılması vacibliyi barədə bir sıra millət vəkilləri mətbuatda fikir bildiriblər.  Onlar Milli Məclis üzvlərinin sayının 125 deyil, 170, bəziləri hətta 200 nəfərə qaldırılmasını təklif edirlər.

Amma ASDP sədri Araz Əlizadənin bu məsələ barədə fikirləri bir qədər fərqlidir.  Bunu o, Yenicag.az-a açıqlamasında bildirdi: “Mənə elə gəlir ki, Milli Məclisdə  hər regionun özünün deputatı olmalıdır. Yəni deputatların sayı məsələsinə regionların sayına uyğun şəkildə baxmaq lazımdır.  Bəzi rayonları birləşdirib, bir dairə edirlər, bu düzgün deyil.  Məsələn, Kürdəmir-Hacıqabul seçki dairəsi var.  Ondansa, Kürdəmirdən, o cümlədən Hacıqabuldan ayrıca olaraq  iki dairə olsun, həmin bölgələr də parlamentdə iki deputatla təmsil olunsun.  Belə qərara gəlinsin ki, hər 20 min seçiciyə bir nəfər deputat  seçilsin.  Proporsional seçkiyə gəldikdə, onun bərpasını o zaman həyata keçirmək olar ki, ölkəmizdə formalaşmış partiyalar olsun.  Yəni partiyaların hər bir yerdə nümayəndəlikləri olsun.  Əfsuslar ki, ölkəmizdə hələlik belə deyil”.

ELÇİN


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir