www.sinerjipro.net

SinerjiProWide
Reklam

скачанные файлы (1)Bu gün ölkə mətbuatında Araz Supermarketlər şəbəkəsinin Masazır qəsəbəsində yerləşən filialında vətəndaşın aldadılaraq ondan alış veriş zamanı artıq ödəniş alınması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer almışdır.
Araz Masazırda müştərinin alış-veriş zamanı ondan artıq pul alınması ilə bağlı iddiası ciddi araşdırmalar aparılaraq vətəndaşın tam əsassız olması üzə çıxıb. Belə ki, müştərinin iddia etdiyi uzərində hər birinin qiyməti 60 qəpik göstərilən 2 ədəd “Gillet” üz qırxanlarına kassada 69 qəpik ödəməsinə bildirmək istəyirik ki, bu zaman vətəndaşın ödədiyi əlavə 18 qəpik elə marketdə kassir tərəfindən yerindəcə ödənilib. Qeyd etmək istərdik ki, Araz marketlərdə vitrin qiyməti ilə kassa çıxış qiyməti arasında yaranan qıymət fərqində aşağı qiymət götürülərək ödəniş edilir. Marketdə minlərlə çeşid mal olur ki, mütamadi olaraq bunların qiymətlərində qalxma və enmələr baş verir. Bütün bunları gündəlik olaraq tənzimləməyə çalışsaq da bəzən belə hallar müşahidə olunur. Burada insan faktoru olduğu üçün bu bir texniki xətadır və bu kimi hallar ilə daim mübarizə aparılır.

Müştərinin qaldırdığı ikinci iddia isə ondan ibarətdir ki, “Səba” broylerin istehsalı olan və üzərində çəkisi şəkildən də göründüyü kimi 1.120 qram göstərilən toyuğun çəkisi marketdə 1.978 qram hesablanıb. Bu iddia da tam əsassız və qərəzlidir. Belə ki, Araz Marketlər Masazır filialında bir neçə müddətdir ki, “Səba” toyuqlarının satış aksiyasını həyata keçirdir. Yəni, 2 toyuq alana 1 toyuq hədiyyə edilir. Bu 3 ədəd toyuqlar isə bir səbətə qoyularaq satılır. Vətəndaşın aldığı və şəkillərdə təqdim etdiyi 1.978 qramlıq etiket isə 2 toyuğun çəkisidir və sadəcə müştəri buna fikir verməyərək çek vurulan toyuğu götürüb. Onun alt tərəfində isə sadəcə 2 toyuğun çəkisi bir ödəniş edilsin deyə 1 toyuq qabına vurulur. Ücüncü toyuq isə hədiyyə olaraq verilir. Vətəndaşa video kadrlarda da göründüyü kimi bütün bunlar izah edilsə və ondan üzürxahlıq edilsə də, o bunlara əhəmiyyət qoymayaraq marketi tərk edir.
Araz marketlər hər zaman geniş çeşid, sərfəli qiymət və müxtəlif aksiyalar həyata keçirərək müştərilərinin xidmətində olub.

Araz müdiriyyəti olaraq nəzərinizə çatdırmaq istəyirik ki, bu və ya digər xoşagəlməz hallar ilə rastlaşdıqda market rəhbərliyinə və qaynar xəttimiz olan 055 525 95 19 nömrəsinə müraciət edəsiniz. Araz marketlər olaraq hər zaman bizim üçün müştərilərimizin fikirləri və təklifləri dəyərlidir.

Diqqətinizə Araz Masazırda baş vermiş olayla bağlı video görüntünü tədim edirik.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 72
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."