!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ARB-dən ağır cavab: "Keçmişdə fəaliyyət göstərmiş Sara TV, ABA, ANS kimi kanalların..."

!Reklam – Yazi

Yeniçağ.az xəbər verir ki, məsələ ilə bağlı “ARB Media Qrup”-un mətbuat xidmətindən açıqlama verilib: “Biz, “ARB Media Qrup” olaraq, hər zaman digər yerli telekanalların müəllif hüquqlarını qorumağa çalışmışıq. Bu, təkcə hal-hazırda fəaliyyət göstərən televiziyalara aid deyil, həm də keçmişdə fəaliyyət göstərmiş Sara TV, ABA, ANS kimi kanalların videomateriallarını da efirə verərəkən o kanallara istinad etməyə çalışırıq. Belə ki, sözügədən “Həftəlik” verilişində proqramın aparıcısı və müəllifi Nadir Şəfiyev, Milli Qəhrəman Albert Aqarunova həsr olunmuş sujetdə, ANS-in siması sayılan, Qarabağ döyüşlərində peşəkar jurnalist kimi böyük uğurlara imza atan Mirşahin Ağayevin adını çəkmiş, onun hazırladığı materiallardan istifadə edildiyi qeyd olunmuşdur. Lakin bu istinadı ANS-in keçmiş əməkdaşları ya görmədilər, ya da görmək istəmədilər.

Bizim güya ANS-in arxivinə təcavüz etməyimiz haqda məqalə Şuşanın işğal günündə ANS telekanalının keçmiş əməkdaşlarının fəaliyyət göstərdiyi internet resursunda dərc olunması qeyd olunmuşdur. Həmin gün ARB TV-də “Şuşanın dağları qara dumanlı” adlı film yayımlanıb və orada da bir neçə qurumun, eləcə də ANS-in çəkdiyi materialların istifadə olunması qeyd olunmuşdur.

Biz hər zaman həmkarlarımızın əməyinə sayqı göstərmişik. Efirimizdə dəfələrlə digər media qurumlarının (televiziyaların, radioların, saytların və s.) əməkdaşları qonaq olub ve öz media resursları haqda ətraflı məlumat veriblər. Televiziya əməkdaşları üçün əlamətdar hesab olunan günlərdə ölkəmizdə fəaliyyət göstərən bütün telekanalların işi işıqlandırılıb. Hər zaman media həmrəyliyini, həmkarlıq dayanışmasını özümüzə əsas prinsiplerden biri hesab etmişik. Bizim haqqımızda bu kimi yazıların tirajlanması təəssüf doğuran bir haldır. Milli Qəhrəmanlar hamımızın qurur mənbəyimizdir. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın adı bu kimi situasiyalarda hallanmamalıdır. “ARB Media Qrup” hər zaman jurnalist həmrəyliyinin, həmkarlarımızın müəllif hüquqlarının qorunmasına çalışmışdır. Bəzi hallarda bu kimi məsələlərdə televizayamız əleyhinə yazılan qərəzli yazıları jurnalistika etikasına zidd hesab edirik.

Yeniçağ.az

www.yenicag.az

3367
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv