!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Arda jurnalisti təhqir edib, boğazından yapışdı: "Səni bu təyyarəyə alanın..."

!Reklam – Yazi

Makedoniya ilə keçirilən yoxlama matçından (0:0) sonra Skopye – Triest marşrutu ilə hərəkət edən Türkiyə millisinin təyyarəsində gərgin anlar yaşanıb.

Yenicag.az xəbər verir ki, “ay-ulduzlular”ın kapitanı Arda Turan jurnalisti əvvəlcə təhqir edib, sonra da onun üstünə cumub.

Məsələ burasındadır ki, “Avro-2016” ərəfəsində Türkiyə millisi ətrafında futbolçulara veriləcək pul mükafatlarına görə böyük söz-söhbət yaranmışdı. Həmin bu mübahisəli məsələ təyyarədə də müzakirə edilib.

“Milliyet” qəzetinin idman yazarı Bilal Meşe də bu məsələdə Arda Turanı özündən çıxardıb. Nəticədə “Barselona”nın yarımmüdafiəçisi üzünü jurnalistə tutaraq “Bilal Meşe, de görüm sən orada idin? Bizim yanımızda idin? Biz kimdən pul istəmişik? Kimdən mükafat istəmişik? Danış, elə indi danış. Hər kəs burada ikən danış. Hamının içində soruşuram, bunları sənə kim yazdırdı? Səni bu təyyarəyə alanlara deyirəm. Sənin kimi şərəfsizi bu təyyarəyə alanların….. Məni başqaları kimi bilmə. Mən futbolu buraxaram, amma imkan vermərəm ki, kimsə ailəmə, şərəfimə söz desin. Sən belə xəbər yaza bilməzsən. Rəhbərin Yıldırım Dəmirörəndir. Sən federasiya prezidentinin qəzetində çalışırsan”, deyib.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, Arda bu sözləri dedikdən sonra jurnalistin boğazından yapışıb. Futbolçu media mənsubunu vurmaq istəsə də, təyyarədə olanlar buna imkan verməyib. Ulduz oyunçunun çətinliklə sakitləşdirildiyi bildirilir.

Yenicag.az

www.yenicag.az

888
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv