Yazı İçi 468×60

1446492183_isa-300x214Məlum olduğu kimi, parlament seçkilərinə 3 gün qalmış Müsavat Partiyası boykot haqda qərar versə də, müsavatçı namizədlərin imtina ərizələri qəbul olunmamışdı. Bu səbəbdən Müsavatın namizədləri zorən seçkidə iştirak etməli olmuşdular. Yəni onların adları rəsmi namizəd kimi seçki bülletenlərində saxlanmışdı.

AzPolitika-nın məlumatına görə, MSK-nın elan etdiyi rəsmi nəticələrdən belə görünür ki, Müsavatın namizədləri “seçkidə” biabırçı məğlubiyyərlə üzləşiblər.

Məsələn, eks Müsavat başqanı İsa Qəmbər namizəd olduğu 15 saylı Yasamal birinci Semki Dairəsində 4-cü yeri tutub. O, cəmi 599 səs alıb. 15 saylı dairə üzrə rəsmi nəticələr aşağıdakı kimidir:

QULİYEV ÜLVİ ZAHİD – 16764
MEHDİYEV NİŞAT ƏHMƏD – 1084
ASLANOV BAYRAM MİRAZİM – 804
QƏMBƏR İSA YUNİS – 599
ƏLİYEV ƏLİ NADİR – 571
RÜSTƏM VƏFA FƏRHAD – 554
ƏSƏDOV GARAY XƏLİL – 407
RÜSTƏMOV RAMİL LİTVİN – 263

Müsavatın hazırki başqanı Arif Hacılı isə bir qədər yaxşı nəticə göstərib – ikinci yeri tutub və sələfindən təxminən 3 dəfə artıq səs alıb. A.Hacılının namizəd olduğu 33 saylı Xətai birinci Seçki Dairəsi üzrə elan olunmuş rəsmi nəticələr aşağıdakı kimidir:

MİRƏLƏMOV HÜSEYNBALA FAZİL – 12078
HACILI ARİF MUSTAFA – 1799
CƏFƏROV ÜZEYİR ELDAR – 1025
MUSAZADƏ ÜLKƏR FƏRMAN – 690
İZZƏTLİ RUSLAN TEYMUR – 563
BAYRAMOV MƏHƏMMƏD BAYRAM – 371
RZAZADƏ CAVANŞİR ALUNBƏT – 266
ƏLİYEV ARİF MƏMMƏD – 257

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 17
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."